Nida.az
Müsavat indidən parlament seçkilərində iştirak qərarı verdi
Müsavat Partiyası 2015-ci il parlament seçkilərində iştirak etməklə bağlı qərar qəbul edib.
Partiyanın mətbuat xidmətindən Publika.az-a
verilən məlumata görə, Müsavat 2015-ci ildə keçiriləcək parlament
seçkilərində proporsional seçki sisteminin tətbiq edilməsi, seçki
qanunvericiliyinin təkmilləşdirilməsi, ölkədə bərabərhüquqlu sağlam
rəqabət mühitinin yaradılması, seçki komissiyalarının və oradakı
vəzifələrin aparıcı siyasi qüvvələrin etimadını qazanan şəkildə
formalaşdırılması uğrunda ümumvətəndaş mübarizəsinin təşkili şərti
ilə iştirakı məqsədəuyğun hesab edir.
Müsavat Məclisi bütün bunları nəzərə alaraq, parlament seçkilərində iştirak məqsədilə demokratik düşərgənin aparıcı ictimai-siyasi qüvvələri ilə məsləhətləşmələrin aparılması, müttəfiqlik və ya funksional əməkdaşlıq haqqında çərçivə sənədinin hazırlanması istiqamətində səylərin artırılmasını zəruri hesab edir.
Məclis qərara alır ki, parlament seçkilərində Müsavat Partiyasının iştirakı və onun formaları haqqında partiyanın strategiyası və taktikasının hazırlanması, dairələr üzrə namizədlərin və onların komandalarının müəyyənləşdirilməsi işinə start verilsin.
Asif
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək