Simonyandan önəmli açıqlama: Bakı ilə heç bir prinsipial fikir ayrılığı yoxdur
Bizi izləyin

Nida Xəbər

Simonyandan önəmli açıqlama: Bakı ilə heç bir prinsipial fikir ayrılığı yoxdur

“Mən ötən ilin sonundan deyirəm ki, sülh müqaviləsi imzalamaq üçün imkan var, sadəcə bunun üçün siyasi iradə lazım idi”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan mayın 6-da Ermənistan Milli Assambleyasında jurnalistlərlə söhbətində bildirib.

“Ümid edirik ki, bu proses məsələnin çox tez başa çatdırılmalı olduğuna dair növbəti siqnaldır, çünki erməni tərəfi bu istiqamətdə hərəkət edəcək və daim iş aparacaq”, - o deyib.

Əliyevin yanaşmalarının sülh müqaviləsində tam əks olunduğunu bildirməsinə diqqət çəkən Alen Simonyan deyib: “Beynəlxalq normalar tam şəkildə təsbit olunub, bu da bizim yanaşmalarımızdır. Bütün o məsələlərdə ziddiyyətlər varsa, erməni tərəfi onları rədd edir. Bunun sübutu odur ki, müqavilə on iki dəfə onlara geri göndərilib (təkliflərin mübadiləsi nəzərdə tutulur). Bəs niyə? Çünki onlar öz təkliflərini göndərirlər, biz də deyirik: Yox, bizim təkliflərimiz budur. Ona görə də proses ləngiyir”.

Simonyan tərəflər arasında əsas fikir ayrılığının nədən ibarət olduğu sualına belə cavab verib: “Heç bir prinsipial fikir ayrılığı yoxdur, biz məqamları bir-bir keçirik, yəni bir məqama çatırıq, müzakirə edirik. Bu, ikiqat şərhə imkan verməmək üçün çox vacibdir. Baxın, bəzi ölkələr və bəzi siyasətçilər 9 noyabr bəyanatı ilə bağlı oxşar fərziyyələr aparmağa çalışdılar. Bu, hamımız üçün yaxşı dərs oldu”, - Simonyan yekunlaşdırıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm