Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili səfir oldu
Bizi izləyin

Nida.az

Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili səfir oldu

Qırğızıstan prezidenti Almazbek Atambayevin fərmanı ilə Aydjiqit Buranov bu ölkənin Azərbaycanda yeni səfiri təyin edilib.

Publika.az-ın məlumatına görə, bu barədə Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsi məlumat yayıb.

Məlumatda deyilir ki, A.Buranov bir sıra vəzifələrdə çalışıb. Yeni təyinata qədər o, Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili olub.

Xatırladaq ki, bundan əvvəl Qırğızıstan parlamenti-Joqorku Keneş A.Buranovun namizədliyini təsdiq etmişdi.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm