Nida.az
Ac ermənilər çörək istəyir, Sərkisyan cəsəd verir – Cəbhə təxribatının pərdəarxası
Ermənistan iqtisadiyyatı çökür. 2014-cü ilin nəticələri bu ölkənin ciddi problemlərinin olduğunu bir daha göstərdi.
Publika.az xəbər verir ki, ötən ilin sonunda erməni milli valyutası dramın dəyəri 10 faiz aşağı düşüb. Mərkəzi Bankın müdaxiləsi nəticəsində bunu qarşısı müvəqqəti olaraq alınsa da, yanvarın ilk günlərindən vəziyyət daha da pisləşib.
Rəsmi məlumatlara görə, ötən ilin 11 ayı ərzində Ermənistan iqtisadiyyatı 3-3,5 faiz artıb. Lakin bu artım 5,2 faiz planlaşdırılırdı. Bir sıra erməni ekspertlər isə bu göstəricilərə inanmır.
Mərkəzi Bankın keçmiş sədri Baqrat Asatryan Rusiya mediasına
açıqlamasında bildirib ki, 3-3,5 faiz artım normal ölkələr üçün
müsbət hesab olunsa bilər, lakin Ermənistan üçün bu çox
acınacaqlıdır: “Ermənistan kimi ölkələrin iqtisadi artım həddi 6
faizdir. Yəni yalnız bu qədər artım olarsa, müxtəlif sosial
təbəqələr bunu hiss edə bilər”.
Ölkənin rəsmi məlumatlarında iddia olunduğu artımın sənaye yox,
xidmət və ticarət sahəsində olması da diqqət çəkir. Yəni, bu
Ermənistan iqtisadiyyatının vəziyyətini daha yaxşı əks etdirir.
Çünki ölkədə istehsal sıfıra bərabərdir, əksər mallar idxal olunur.
İxracın həcmi isə olduqca aşağıdır. Bəzi ekspertlərə görə, ixrac
həcmlərinin aşağı olması bu ölkənin artıq xəstə olduğunu deməyə
əsas verir. Ölkədə biznes üçün rəqabət şəraiti yoxdur, böyük
bizneslər iflasa uğrayır, bütün sahələr inhisara alınıb.
Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasına daxil
olan deputatı Mikayel Melkumyanın fikrincə, yalnız ciddi yerli
istehsalın mövcudluğu iqtisadi təhlükəsizliyin təminatı məsələsində
rol oynaya bilərdi: “Bu həm də xarici amillərin təsirindən
qurtulmaq deməkdir. Lakin iqtisadi problemlər, ixracın aşağı
səviyyəsi, Ermənistana xarici təsirləri artırır. Bu gün investisiya
qoyuluşu kəskin sürətdə ixtisar olunub, faktiki olaraq yox
səviyyəsindədir. Sərmayə axınının yoxluğu ölkə üçün təkcə bu gün
yox, gələcəkdə də problemlər yaradacaq”.
Bir sıra ekspertlərin qiymətləndirmələrinə görə, 2014-cü ilin
iqtisadi göstəriciləri olduqca ağır olub. Bu həm də 2015-ci ildəki
problemlərin bazası deməkdir. Digər tərəfdən, sanksiyalarla
mübarizə aparan Rusiyadan 2015-ci ildə bu ölkəyə yardımın olacağı
az ehtimal olunur. Bu baxımdan, Ermənistan uçurumun ağzına qədər
gəlib çıxıb.
Ermənistanın sabiq baş naziri Qrant Baqraytanın məlumatıma görə,
insanların həyat səviyyəsi olduqca aşağı düşüb: “Bu gün Ermənistan
əhalisinin 30 faizi dilənçi günündə yaşayır. Yerdə qalanlar yalnız
acından ölməmək qədər qazana bilirlər. Bu isə 2015-ci ilin çox ağır
olacağını bir daha göstərir”.
Mütəxəssislərin hesablamalarına görə, Ermənistanda mavi yanacağın
da qiyməti bu il artacaq. Çünki “Ermənistan qaz sənayesi” şirkəti
aldığı qazın pulunu dollarla ödəyir. Dolların yüksəlməsi fonunda
dram aşağı düşür. Bu isə şirkətin əhaliyə satdığı yanacağın
qiymətini qaldıracağını göstərir.
Ən maraqlısı Ermənistan baş naziri Ovik Abramyanın əhaliyə verdiyi
vədlərdir. O, ölkədə bütün problemlərin həll olunacağını vəd edərək
əhaliyə daha yaxşı yaşamaq haqda danışırdı. Göründüyü kimi, 2015-ci
ilin ilk günləri Ermənistan üçün yaxşı başlamayıb.
Rusiyanın “Vestik kafkaz” nəşri çökən Ermənistan iqtisadiyyatı
fonunda maraqlı versiya irəli sürüb.
Sayt yanvarın ilk günlərindən erməni hərbi birləşmələrinin Azərbaycan mövqelərinə hücum etməsi, təxribatlar törətməsini məhz daxili vəziyyətlə bağlayır.
“Hökumət iqtisadi vəziyyəti heç cür düzəldə bilmir və əhalinin
yığılıb qalan hirsini cəbhəyə yönəltmək fikrindədir. Ona görə də
ilin ilk günlərindən başlayaraq cəbhədə atəşkəs rejiminin mütəmadi
pozulması haqda xəbərlər yayıldı. Görünür, İrəvan rejimi ac
əhalinin başını “cəbhə uğurları” və “düşmən Azərbaycan obrazı” ilə
qatmaq istəyir”, - deyə sayt bildirib.
Qeyd edək ki, son günlər Azərbaycan mövqelərinə təxribat xarakterli hücumlar edən erməni hərbi birləşmələri Azərbaycan Ordusu tərəfindən geri oturdulub. Düşmən hər hücumunda itki verərək geri qayıdıb.
Asif Nərimanlı
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü