“Bu, əsl nümunədir” - İsraildən Bakıda kilsə qarşısındakı aksiyaya münasibət
Bizi izləyin

Nida.az

“Bu, əsl nümunədir” - İsraildən Bakıda kilsə qarşısındakı aksiyaya münasibət

“Avropada İslam və xristian fundamentalistləri tərəfindən radikalizmi müşahidə edirik. Azərbaycanda isə gənclər xristian və yəhudilərə əsl tolerantlıq göstərirlər”.


Publika.az xəbər verir ki, bu barədə beynəlxalq münasibətlər üzrə İsrail eksperti Arye Qut Fransada Məhəmməd Peyğəmbəri təhqir edən karikaturaları dərc edən “Şarli Hebdo” hücum ərəfəsində azərbaycanlı gənclərin Bakıda kilsənin yollarını təmizləməsinə münasibət bildirərkən deyib.


İsrail eksperti Azərbaycanın müxtəlif din və xalqların vətəni olduğunu vurğulayıb.


“Azərbaycan torpağında hələ qədimdən iudaizm və İslam, atəşpərəstlik və xristianlıq mövcud olub. Bu ölkədə əsl multikulturalizm və tolerantlıq həyat tərzidir. Mən bu ölkədə doğulmağıma və boya-başa çatmağıma görə fəxr edirəm”, - deyə o bildirib.


A. Qut Azərbaycan rəhbərliyinin apardığı siyasətdə tolerantlıq elementlərinə də toxunub: “Multikultarizm və tolerantlıq ideyasının məşhurlaşmasına və dövlətin sonrakı inkişafında bu amillərin əsas götürülməsinə səbəb Azərbaycan rəhbərliyinin apardığı siyasətdir. Azərbaycan modeli bu gün dünyada multikultarizm siyasətinin təbliği siyasəti üçün əsas nümunədir”.


Xatırladaq ki, dünən Bakıda tələbələr Fransada terror aktından sonra məscidlərə hücuma etiraz olaraq unikal aksiya keçirib. Onlar həzrəti Məhəmmədin (s) mövlud günü münasibəti ilə qarlı havada, sübh tezdən Bakıda yerləşən kilsələrdən birinə gedərək, insanların kilsəyə rahat gəlmələri üçün yolları qar və buzdan təmizləyiblər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm