Nida.az
Ukraynadakı diasporumuz azərbaycanlı girovlarla bağlı bəyanat yayıb
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu girovlarımızla bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) Azərbaycanın Kəlbəcər rayonunda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulan “məhkəmə prosesi” və barələrində çıxarılan “hökm”lə bağlı etiraz bəyanatı yayıb. Bəyanat BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının və ATƏT-in Ukrayna nümayəndəliyinə, həmçinin ATƏT-in Minsk qrupunda təmsil olunan ölkələrin Kiyevdəki səfirliklərinə göndərilib.
Bəyanatda D.Əsgərov və Ş.Quliyevin “məhkəmə prosesi”nə və barələrində çıxarılan “hökm”ə etiraz edən UADB Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında olan bu insanların guya sərhədləri pozmaqda ittiham edilərək heç bir hüquqi əsası olmayan uydurma məhkəmə prosesinə cəlb edildiyini vurğulayır. Bildirilir ki, D.Əsgərov və Ş.Quliyevin girov götürüldüyü torpaqlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir, onlar doğulub böyüdükləri torpaqlarda yaxınlarının məzarlarını ziyarət etməyə gediblər və heç bir gizli planları, təxribatçı niyyətləri olmayıb.
Bəyanatda daha sonra deyilir ki, doğulduqları torpaqların həsrəti ilə Ermənistanın işğal altında saxladığı ərazilərə keçərkən girov götürülən Həsən Həsənovun işgəncələrlə öldürülməsi, D.Əsgərov və Ş.Quliyevin isə girov götürülməsi beynəlxalq norma və insan haqlarının qorunması prinsiplərinə ziddir.
BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını nəzərdə tutan 822-ci qətnaməsini xatırladan bəyanat müəllifləri yazır ki, həmin sənəddə Kəlbəcər rayonunun Azərbaycan ərazisi olması təsdiqlənir, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasəti ilə əlaqədar regionda, xüsusən də Kəlbəcərdə yaranmış fövqəladə humanitar vəziyyətdən BMT-nin ciddi narahatlığı ifadə edilir: “İşğaldan 20 ildən artıq müddət keçsə də, Ermənistan BMT Təhlükəsizlik Şurasının bu, habelə digər üç qətnaməsinə məhəl qoymamaqda davam edir, Ermənistan Silahlı Qüvvələrinin hələ də Azərbaycan, o cümlədən Kəlbəcər ərazisində olması isə qanunsuz işğalın davam etdiyini təsdiqləyir”.
Bəyanatın sonunda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu beynəlxalq təşkilatları vicdanlarına söykənərək məsələyə hüquqi norma və prinsiplər çərçivəsində yanaşmağa çağırır.
-
Hadisə09:33
Sumqayıtda PARTLAYIŞ oldu: 3 nəfər... - FOTO/VİDEO/YENİLƏNDİ
-
Avropa09:24
Kiyevə gələn Şoltsun əlindəki çamadan gündəm oldu: İçində nə varmış? - FOTO
-
Hadisə08:48
Azərbaycanda bir gündə ikinci PARTLAYIŞ - YENİLƏNDİ
-
Nəqliyyat08:30
12 yolda tıxac var - SİYAHI
-
Magazin205:15
Nəsrin geyimi ilə gecəyə damğa vurdu - FOTO
-
ABŞ04:50
Tramp onları hədələdi: "Ağır bədəl ödəyəcəklər"
-
İdman02:43
UFC tarixinin səs-küylü sensasiyaları – VİDEO
-
Magazin201:23
Tanınmış meyxanaçı vəfat etdi