Nida.az
Prezident yetkinlik yaşına çatmayanlarla bağlı fərman verdi
Azərbaycan Prezidenti İlham Əliyev yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli sazişə dəyişikliklər edilməsi barədə protokolun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7 oktyabr tarixli sazişə dəyişikliklər edilməsi barədə 2014-cü il mayın 30-da Minsk şəhərində imzalanmış protokol təsdiq edilsin.
Nazirlər Kabinetinə bu fərmanda göstərilən protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək, Xarici İşlər Nazirliyinə həmin protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA