Nida.az
“The Hill”: “ABŞ Azərbaycanı Rusiyadan qorumalıdır”
“ABŞ Azərbaycanı regionda Rusiyanın təhdidlərindən qorumalıdır”.
Publika.az xəbər verir ki, bu barədə Amerikanın
“The Hill” nəşri yazıb.
Nəşr 1990-cı il 20 Yanvar faciəsinə toxunaraq, Rusiyanın
Azərbaycana qarşı qanlı hücumlar etməsindən uzun illər keçmədiyini
bildirib.
“Azərbaycan bu il “Qanlı Yanvar” hadisələrinin 25-ci ildönümünü
qeyd edir. 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə
Azərbaycana 26 min rus ordusu yeridildi. Cəsur azərbaycanlılar sona
qədər müqavimət göstərdilər. Hücum nəticəsində 170 azərbaycanlı
öldürüldü, 321 nəfər itkin düşdü, 700-dən çox insan yaralandı,
yüzlərlə həbslər baş verdi.
Bu hücumlara Sovetlərin ovaxtkı lideri Mixail Qarbaçov əmr vermişdi. Eyni qırğınlar Qazaxıstanda, Gürcüstanda və Litvada da yaşandı. Bu cinayətkar hadisələr indiyə qədər hüquqi qiymətini almayıb. Lakin bütün bu qırğınlara baxmayaraq, Azərbaycan xalqının əzmi qırılmadı. 1991-ci ildə Sovet İttifaqı dağıldı və qədim tarixə malik Azərbaycan öz müstəqilliyini bərpa etdi”, - deyə nəşr 25 il öncəki hadisələri xatırladıb.
“The Hill” hazırda Rusiyadan Azərbaycana qarşı təhdidlərin davam
etdiyini vurğulayıb: “Bu gün Azərbaycanın müstəqilliyinə Rusiyadan
təhdidlər var. ABŞ Azərbaycana kömək etməli, onun müstəqilliyini
müdafiə etməlidir. Eyni tipli təhdidlər İran tərəfindən də
zaman-zaman müşahidə olunur”.
Asif Nərimanlı
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş