Nida.az
Gülağa Aslanlı: “Qubad bəyə səs verdiyi üçün peşman olanlar var”
“Qurultayda Qubad bəyə səs verənlər arasında peşman olanların sayı artmaqdadır”.
Bunu Publika.az-a açıqlamasında Müsavat
Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı ADR
hərəkatının təsisçisi, başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun
“Müsavatda növbədənkənar qurultayın keçirilməsinin zərurətini
anlayanların sayı artır” sözlərinə münasibət bildirərkən deyib.
G. Aslanlı isə bunun əksini söyləyib. Onun fikrincə, vaxtilə Qubad
İbadoğlunu dəstəkləyənlər arasında peşman olduğunu səmimi etiraf
edənlər var: “Məndə olan məlumatlara görə, əvvəllər hansısa
səbəbdən Qubad bəyə səs vermək istəyən insanlar səhv yolda olduğunu
səmimi etiraf edirlər. Hazırda “yaxşı ki, Qubad bəy partiyanın
başqanı seçilməyib” deyənlərin sayı daha çoxdur, nəinki
növbədənkənar qurultayın olmasının istəyənlər”.
G. Aslanlı Qubad İbadoğlunu dediyi fikirlərlə bağlı faktlar ortaya
qoymağa çağırıb.
“Dediklərini təsdiq edən faktlar ortaya qoysun. Halbuki, onun
söylədikləri doğru deyil. Mənim iştirak etdiyim rayon
təşkilatlarının konfranslarında Qubad bəyə səs verdiyi üçün səhv
etdiklərini etiraf edənlər olub. Hətta yenidən qurultay olarsa, ona
səs verməyəcyini deyənlər də var. Belə insanların sayı getdikcə
artmaqdadır”, - deyə Müsavat rəsmisi qeyd edib.
Asif Nərimanlı
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO