Saakaşvilinin adamı: “Gürcüstanın müstəqilliyi Azərbaycandan asılıdır”
Bizi izləyin

Nida.az

Saakaşvilinin adamı: “Gürcüstanın müstəqilliyi Azərbaycandan asılıdır”

“Gürcüstanın müstəqilliyində Azərbaycanın qətiyyəti böyük rol oynayacaq”.


Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Ramin Bayramov 2015-ci ildə Rusiyanın Cənubi Qafqaza təzyiq imkanlarını şərh edərkən deyib.


Onun sözlərinə görə, Gürcüstanda strateji əhəmiyyətli layihələr reallaşdıqdan sonra təhlükə azalacaq: “Bütün əhəmiyyətli düyünlər Kremlin əlində olacaq. Lakin sərt müqavimət təhlükəni açıq mərhələyə çevirə bilər. Bu gün Gürcüstanda Rusiya layihələrinin effektiv şəkildə həyata keçməsi real görünür. Lakin hələlik vaxt Azərbaycan və Gürcüstanın müstəqilliyinin əleyhinə işləyir”.


R. Bayramov hesab edir ki, bu il Cənubi Qafqaz regionu üçün mühümdür.


“Gürcüstan xarici vektorunu seçməyə məcburdur və gələcək bu seçimdən asılı olacaq. Bu məsələdə Azərbaycanın qətiyyətli mövqeyi böyük rol oynayacaq”, - deyə Saakaşvilinin adamı bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm