Nida.az
Düşmənlər görüşdü – Arif Hacılı ilə Əli Kərimli bir arada
Müsavat Partiyasının başqanı Arif Hacılı AXCP sədri Əli Kərimli ilə görüşüb.
Publika.az-a açıqlamasında A. Hacılı görüşün iki
saata qədər davam etdiyini bildirib. Onun sözlərinə görə, görüşdə
əsas məqsəd Müsavat və AXCP-nin birgə əməkdaşlığı olub: “Mən birgə
əməkdaşlıqla bağlı öz fikirlərimi ortaya qoydum. Bununla bağlı
Müsavat Partiyasının mövqeyini və xüsusilə seçki ilində müxalifətin
birgə işləməsi haqda fikirlərimi AXCP sədrinin diqqətinə çatdırdım.
Qarşı tərəf bu məsələləri öz partiyasında müzakirə edəcəyini
bildirdi”.
Qeyd edək ki, A. Hacılı başqan seçiləndən sonra AXCP ilə birgə
əməkdaşlığa hazır olduğunu bəyan edib. Bununla bağlı təkliflər Əli
Kərimlinin partiyasına çatdırılıb. Lakin qarşı tərəf indiyə qədər
bu təkliflərə müsbət münasibət bildirməyib. AXCP-nin mövqeyi Milli
Şurada birgə əməkdaşlıqdır.
Müsavat Partiyası Milli Şuradan çıxandan sonra AXCP ilə münasibətləri pozulub.
Asif
-
Dünya15:22
Günəşdə daha bir güclü PARTLAYIŞ: Bu səhər...
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO