Nida.az
İlham Əliyev Yaponiya nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, dövlət başçısı Azərbaycan ilə Yaponiya arasında ikitərəfli
əlaqələrin inkişafının razılıq doğurduğunu vurğuladı. Ölkələrimiz
arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən
Prezident İlham Əliyev bu münasibətlərin digər sahələrdə
əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas yaratdığını qeyd
etdi. Yaponiya şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata
keçirilən layihələrin önəmini qeyd edən dövlətimizin başçısı kənd
təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin
yaradılması, yüksək texnologiyalar və informasiya texnologiyaları
sahələrində əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu dedi.
Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçi Yaponiyanın
Azərbaycan ilə əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən kənd
təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin
yaradılması, yüksək texnologiyalar, informasiya texnologiyaları və
digər sahələrdə genişləndirilməsində maraqlı olduğunu dedi.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı