Nida.az
“The Guardian”: “Ermənistan dağılacaq, Azərbaycana isə...”
Rusiyada rublun dəyərdən düşməsi bu ölkədə miqrantların milyonlarla pul göndərdiyi ölkələr üçün də ciddi təhlükədir.
Publika.az xəbər verir ki, Böyük Britaniyanın “The
Guardian” nəşri 2015-ci ildə Rusiya iqtisadiyyatının təsir edəcəyi
ölkələr haqda araşdırma aparıb.
Rublun 50 faizə qədər dəyərdən düşməsi Qafqaz və Orta Asiya
ölkələri üçün təkcə göndərilən pulun həcminin azalması yox,
Rusiyaya gedənlərin geri qayıtması deməkdir.
“Mən ailəmi dolandırmaq üçün normal həyatı qurban verdim və burda
işləməyə məcbur oldum. Lakin ayda bir neçə yüz dollardan artıq pul
göndərə bilmirəm”, - Moskvanın şimalında avtoservisdə işləyən,
axşamları isə taksi sürücüsü olaraq çalışan özbəkistanlı Əziz
deyir.
Onun sözlərinə görə, hazırda əvvəl qazandığı pulun yarısını güclə
qazanır. O artıq evə qayıtmağı düşünür.
Getmək istəyən təkcə Əziz deyil. Minlərlə miqrant Rusiya
iqtisadiyyatı pisləşəndən sonra qayıtmaq haqda düşünür. Bunun özü
Rusiya üçün də təhlükəlidir. Xüsusilə, 2018-ci ildə futbol üzrə
dünya çempionatına ev sahibliyi etməyə hazırlaşan Rusiyanın miqrant
əməyinə ciddi ehtiyacı var.
“The Guardian” Rusiyadakı iqtisadi böhrandan ciddi zərbə alacaq
ölkələrin adlarını açıqlayıb.
Rusiyadan pul köçürmələri Ermənistan üçün 21 faiz təşkil edir.
Bununla yanaşı, Gürcüstan 12 faiz, Qırğızıstan 31,5 faiz, Moldova
25 faiz, Tacikistan 42 faiz, Ukrayna 5,5 faiz, Litva və Azərbaycan
2,5 faiz pul köçürmələrindən bu və ya digər formada asılıdır.
Lakin hər şey bununla yekunlaşmır. Ermənistan, Gürcüstan, Moldova
və Ukrayna ölkədəki pulun təxminən 40 faizini Rusiyadan alır.
Qırğızıstan üçün isə bu rəqəm 79 faizdir.
“The Guardian” yazır ki, Rusiyanın iqtisadi tənəzzülündən ən az
zərər görəcək ölkələr Azərbaycan və Baltikaynı ölkələrdir. Bu
ölkələrin həm Rusiyadan pul köçürmələri azdır, həm də daxili
iqtisadiyyat davamlılığı ilə seçilir.
Lakin yerdə qalanlar üçün ciddi təhlükə gözlənilir. Rublun dəyəri aşağı düşəndən sonra bu türkmən valyutasının devalvasiyasına səbəb oldu. Qazaxıstanın təngəsi də ucuzlaşır.
Nəşr Avrasiya İttifaqına daxil olan ölkələrin daha ciddi iqtisadi
təhdidlərlə üzləşəcəyini hesab edir.
Belarus, Qazaxıstan və Rusiyanın özü bu ittifaqda yer alır. Ermənistan da bu ilin yanvarından ittifaqa qoşuldu. Bu ölkələrin iqtisadiyyatı bir-biri ilə sıx bağlıdır və Rusiyadakı böhran bu ölkələrin hər birinə təsir edəcək. Xüsusilə, Ermənistan ciddi şəkildə iqtisadi dağılma ilə üz-üzədir.
Asif Nərimanlı
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial26 Dekabr 17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı