Putin Medvedevin İranla bağlı səhvini düzəltdi
Bizi izləyin

Nida.az

Putin Medvedevin İranla bağlı səhvini düzəltdi

Rusiya və İran “S-300” zenit-raket komplekslərinin İrana çatdırılması haqqında müqaviləni imzalayıb.

Publika.az-ın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, razılaşma Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Tehranda iranlı həmkarı Hüseyn Dehqa ilə keçirdiyi görüşdə əldə olunub.

Qeyd edək ki, “S-300” komplekslərinin İrana çatdırılması haqqında müqavilə hələ 2007-ci ilin sonunda imzalanmışdı. Rəsmi mənbələr müqavilənin dəyərini açıqlamasa da, KİV yazırdı ki, Rusiya təxminən 800 milyon dollar dəyəri olan “S-300PMU-1” zenit-raket sisteminin beş divizionunu İrana çatdırmalı idi. 2010-cu ilin iyununda isə BMT İrana raketlər və raket sistemləri də daxil olmaqla tanklar, hücum vertolyotları, döyüş təyyarələri və gəmilərin çatdırılmasını qadağan edən 1929 saylı qətnamə qəbul etdi. Rusiya prezidenti Dmitri Medvedev həmin ilin sentyabrında BMT qətnaməsinin icrasına uyğun olaraq “S-300” komplekslərinin İrana çatdırılması ilə bağlı müqaviləni qadağan edən fərman imzaladı.

BMT-nin qətnaməsi indiyə kimi qüvvədədir. Görünür, Qərb qarşısında tək qalması Moskvanı BMT qətnaməsini pozmağa vadar edib. İran KİV-indən fərqli olaraq Rusiya Müdafiə Nazirliyinin saytında müqavilə barədə heç nə deyilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm