Nida.az
İsa Qəmbərin qardaşından Qubad İbadoğluya dəstək
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin qardaşı Rövşən Qəmbər partiyanın indiki rəhbərliyinə müxalifətdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının addımlarını dəstəkləyib.
Publika.az xəbər verir ki, Rövşən Qəmbər ötən gün
ADR-in “Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının və
Rusiyada iqtisadi böhranın Azərbaycana mümkün təsirləri” mövzusunda
tədbir keçirməsini də alqışlayıb: “Dünyanın çox ağıllı
iqtisadçıları, tanınmış şəxsiyyətləri İsveçrənin Davos şəhərində
planetimizin problemlərinin həllinə aid düşüncələrini müzakirə
etdikləri zamanda Bakıda keçirilən dünənki tədbirə görə Azərbaycan
və Almaniya vətəndaşı kimi qürurlandım.
Arzu edirəm ki, sosial şəbəkələrdə hər zaman ən dəyərli ideyaların yaranmasında vətəndaşlarımız və dostlarımız daha fəal iştirak etsinlər. Qubad İbadoğlunun tərəfdarlarının təşəbbüsü ilə sürətlə qurulan ADR hərəkatının dünənki tədbirinə görə xalqımızı təbrik edirəm. Dünənki tədbir Azərbaycanda yeni mərhələnin başlanmasından xəbər verdi. Özünü ağıllı sayan vətəndaşlarımıza, özünü siyasətçi adlandıranların sosial qrupun üzvlərinə də demək istəyirəm ki, partiyaların qərərgahlarından da əsasən bu məqsədlə istifadə etməlidirlər”.
İsa Qəmbərin qardaşı partiya qərargahlarında mütəxəssislərə
səviyyəli müzakirələr aparılması üçün şərait yaradılmasının təklif
edib.
“Dünənki tədbirin səviyyəsinə görə məmnun oldum. Respublikamızın sayılan ziyalılarının iştirakı ilə çox dəyərli düşüncələrin müzakirələrində iştirak etdiklərinə görə sanki Azərbaycan Milli Məclisinin yeni yaradılmış Qarabağ Komissiyasının toplantısı kimi xəyalımda qurdum və inandım ki, 2015-ci ildə Qarabağ probleminin ədalətli və əbədi həllinə nail ola bilərik”, - deyə o bildirib.
Rövşən Qəmbər daha sonra hər insanın özünü müxalifətçi saymasına
qarşı çıxıb: “Bu fikirlərimə görə heç kəs məndən inciməsin. Özünü
müxalifətçi sayan siyasətçilərin çox dəyərli düşüncələri olmalıdır.
Əgər xeyirli təklifləri yoxdursa, özlərini müxalifətçi saymalı
deyillər. Fərqli düşüncələrin məntiqli müzakirəyə çıxarılması
Azərbaycanda demokratik hüquqi dövlətimizin qurulmasına və
inkişafına yardım edirsə, gerçək müxalifətçiliyə nümunə
deyilmi?!
Azərbaycanın istedadlı və ədalətsevər ziyalılarının iştirakı ilə dövlətimizin ən böyük problemlərinin həlli yollarını öyrənməliyik və dünən Bakıda Mətbuat Mərkəzində keçirilən tədbir bu məqsədlə təşkil olunmuşdu. Uğurlu alındığına görə sevinməliyik. Qubad İbadoğlunun intellekti Azərbaycanın ən böyük problemlərinin həllində Azərbaycanın mənafeyinə xidmət etməlidir və bu il ərzində Qarabağ probleminin ədalətli və əbədi həllinə yol göstərə bilər”.
Asif Nərimanlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR