Nida.az
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hesabat verdi
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilib.
Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə,
məlumata görə, görülmüş işlərin yekunları barədə çıxış edən Dövlət
Komissiyasının katibi Firudin Sadıqov Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və onun
İşçi qrupunun hesabat dövründə qarşısında duran vəzifələrin icrası
istiqamətində plana uyğun surətdə fəaliyyətin davam etdirildiyini
bildirib. Əsas vəzifəsi itkinlərin axtarışı, əsir-girov götürülmüş
şəxslərin azad olunması, o cümlədən atəşkəsin pozulması və ya digər
səbəblərdən həyatını itirmiş insanların meyitlərinin qaytarılması
işinin təşkili olan Dövlət Komissiyası beynəlxalq təşkilatlarla
aparılan səmərəli əməkdaşlıq nəticəsində Ermənistan və Azərbaycan
qoşunlarının təmas xəttində cari hesabat dövründə 8 humanitar
proses həyata keçirib.
Qeyd olunub ki, Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində
2014-cü il sentyabrın 5-də yolu azaraq Ermənistan hərbçilərinin
nəzarəti altında olan əraziyə keçmiş və girov götürülmüş Azərbaycan
Respublikasının vətəndaşı, 1999-cu il təvəllüdlü Cavid Müzəffərzadə
2014-cü il sentyabrın 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK)
vasitəçiliyi ilə azad edilib və ailəsinə təhvil verilib.
2012-ci il iyulun 26-da Azərbaycan Respublikasının Tovuz rayonunun Ermənistan Respublikası ilə sərhəd ərazisində Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüş - 1992-ci il təvəllüdlü Firuz Fərəcovun azad olunması istiqamətində BQXK-nın vasitəçiliyi ilə müvafiq tədbirlər davam etdirilib, lakin Ermənistan tərəfinin pozuculuq fəaliyyəti nəticəsində Firuz Fərəcov 2013-cü ilin avqustunda üçüncü ölkəyə göndərilib.
BQXK-nın yaxından iştirakı ilə Qazax rayonu ərazisində Ermənistanla
sərhəd bölgəsində minaya düşərək həlak olmuş və minalanmış ərazidə
qalmış 2 Azərbaycan vətəndaşının meyiti ərazidən çıxarılaraq
yaxınlarına təhvil verilib. Qazax rayonunun işğal edilmiş Aşağı
Əskipara kəndinin ərazisində 2013-cü il oktyabrın 6-da minaya
düşdüyü bildirilən bir Azərbaycan vətəndaşının meyitinin
çıxarılması ilə bağlı hazırda BQXK ilə müzakirələr aparılsa da,
Ermənistanın bu məsələyə laqeyd yanaşması və hətta bu faktı inkar
etməsi nəticəsində meyitin tapılıb ərazidən çıxarılması mümkün
olmayıb.
Azərbaycan Respublikası isə beynəlxalq humanitar hüquq normalarına
hörmətlə yanaşaraq, hesabat dövründə 12 ermənini azad edib,
saxlanma yerində qəflətən ölmüş bir erməni hərbçisinin meyitini
təhvil verib. Proseslər Azərbaycan-Ermənistan sərhədində və
qoşunların təmas xəttində Müdafiə Nazirliyi ilə birlikdə BQXK-nın
vasitəçiliyi ilə həyata keçirilib.
Eyni zamanda, 2010-cu il yanvarın 10-da üçüncü dövlətin ərazisində yaşamaq niyyəti ilə Azərbaycan Respublikasına qanunsuz keçmiş və o vaxtdan ölkəmizdə saxlanılan Ermənistan Respublikasının vətəndaşları olan 5 nəfərdən ibarət Gevorkyanlar ailəsi də aid olduqları ölkəyə könüllü qayıtmaq barədə müraciətləri əsasında qarşı tərəfə təhvil verilib. Lakin, 5 il ərzində respublikamızda beynəlxalq humanitar hüquq normaları çərçivəsində saxlanmış, müasir tipli yaşayış yeri, hər cür məişət texnikası, gündə üç dəfə yeməklə təmin edilmiş, müntəzəm olaraq tibbi müayinə və müalicə almış, daim aidiyyəti beynəlxalq qurumların baş çəkdiyi ailənin qayıtdıqdan sonra erməni xislətinə uyğun olaraq Azərbaycan əleyhinə danışacaqları nəzərə alınaraq, qabaqlayıcı tədbirlər görülüb.
Ötən dövr ərzində Dövlət Komissiyası və BQXK-də itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərlə bağlı mövcud olan siyahılar arasında dəqiqləşmənin aparılması və fərqin ortadan qaldırılması istiqamətində işlər davam etdirilib. Aparılmış işlərin nəticəsi kimi 22 nəfərlə bağlı dəqiqləşdirilmiş məlumatlar BQXK-nın Azərbaycandakı nümayəndəliyinə göndərilib.
Hesabat dövründə aparılmış araşdırma zamanı 11 nəfərin də atəşkəsə
qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilərək
Dövlət Komissiyasında qeydiyyata alınıb və barələrində zəruri
axtarış-araşdırma işinə başlanıb. 33 itkinin isə taleyi
müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb, onlardan 6
nəfərinin həlak olduğu, 5 nəfərinin itkin düşmədiyi, 22 nəfərin isə
adının siyahıda təkrar keçdiyi dəqiqləşdirilib. 2014-cü il dekabrın
10-na olan məlumata görə, 4009 nəfər itkin düşmüş, 1428 nəfər isə
əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında
qeydiyyata alınıb.
Aparılmış axtarış-araşdırma tədbirləri nəticəsində 35 Azərbaycan
vətəndaşının hərbi əməliyyatların gedişində Ermənistan hərbçiləri
və erməni terrorçu-quldur birləşmələri tərəfindən əsir-girov
götürülməsi və sonradan müxtəlif yollarla azad edilməsi faktı
aşkarlanıb və onlar müvafiq qeydiyyata götürülüblər. Eyni zamanda,
Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 31
nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş
ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsi ehtimalını
yaradan faktlar müəyyənləşdirilib.
Hesabat dövründə Komissiyanın beynəlxalq əlaqələri də diqqət mərkəzində saxlanılıb. Dövlət Komissiyası ilə BQXK arasında 2008-ci ildə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, xüsusən də itkin ailələrindən götürüləcək DNT nümunələri və onların saxlanması üzrə fəaliyyətin daha da səmərəli həyata keçirilməsi məqsədilə müvafiq təşkilati tədbirlər görülüb.
Dövlət Komissiyasının üzvü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Novruzəli Aslanov qeyd edib ki, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişinin əsas məqsədi münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı ətraflı məlumatların toplanması, gələcəkdə naməlum meyit qalıqlarının ekspertizası və identifikasiyası zamanı bu məlumatlardan istifadə edilməsidir. İtkinlər barədə məlumatların toplanması işi BQXK-nın və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri tərəfindən həyata keçirilib və bütövlükdə 3677 sorğu anketi toplanıb, həmin məlumatların bazaya daxil edilməsi isə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən aparılıb.
Hazırda itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin götürülməsi və onların saxlanması üçün zəruri işlər aparılır. Bu işin reallaşdırılması məqsədilə ən vacib məsələ toplanmış nümunələrin saxlanması üçün müasir tələblərə cavab verən laborator-mərkəzin yaradılması idi. Dövlət Komissiyası sədrinin göstərişinə əsasən, artıq həmin mərkəz Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında yaradılıb. Müasir tələblərə cavab verən tibb müəssisəsi kimi Milli Təhlükəsizlik Nazirliyinin hospitalı bu iş üçün ideal variant idi. BQXK də yaradılmış şəraiti yüksək qiymətləndirib.
Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov
çıxışında bildirib ki, Dövlət Komissiyası və onun İşçi qrupu
Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, ermənilər
tərəfindən azərbaycanlılara qarşı tarixən həyata keçirilmiş cinayət
əməllərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün
hücum diplomatiyası taktikasına uyğun olaraq hesabat dövründə də
fəaliyyətini davam etdirib, Ermənistanın Azərbaycana təcavüzü,
törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayətləri,
əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının
pozulması, insanlığa qarşı cinayət olan Xocalı soyqırımının il
dönümləri və 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı
xarici ölkələrdə və respublikamızda keçirilmiş bir sıra tədbirlərin
təşkilinə yardımçı olub və yaxından iştirak edib.
İtaliyanın mədəniyyət mərkəzi olan Milan şəhərində İtaliya və
Azərbaycanın bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının
iştirakı ilə Azərbaycan həqiqətlərinə, mədəniyyət və ədəbiyyatına
həsr edilmiş tədbirlər keçirilib. Tədbirlər Milan şəhər
ictimaiyyətinin, ziyalıların, şairlərin, jurnalistlərin diqqət və
marağına səbəb olub, İtaliya KİV-lərində geniş işıqlandırılıb.
Fevral ayında Benilüks Azərbaycanlıları Konqresi tərəfindən Belçikanın Brüssel, Niderland Krallığının Haaqa və Amsterdam şəhərlərində Xocalı soyqırımına həsr edilmiş tədbirdə Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı ermənilər tərəfindən insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət faktları barədə iştirakçılara ətraflı məlumat verilib və Komissiyanın nəşr etdiyi materiallar yayılıb. Tədbir Hollandiya kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.
Dünya Azərbaycanlıları Milli Birliyi tərəfindən İsveçin Malmö
şəhərində “Bütöv Azərbaycan televiziyası” kanalının açılışında
təmsil olunmuş Dövlət Komissiyasının katibi iştirakçılar qarşısında
məruzə edib və Komissiya tərəfindən hazırlanmış materialları, o
cümlədən video və fotofaktları televiziyaya təqdim edib.
Dövlət Komissiyası sədrinin tapşırığına əsasən, MTN İctimai Əlaqələr İdarəsinin Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Bakı Dövlət Universitetində 2014-cü ilin noyabr və dekabr aylarında “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqəti bilməlidir” mövzusunda təşkil etdiyi və kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış konfransın işində Dövlət Komissiyası yaxından iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş III Bakı beynəlxalq kitab sərgi-yarmarkasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaxından iştirak edib. Sərgi-yarmarkaya Komissiya tərəfindən 12 dildə nəşr edilmiş 27 adda nəşriyyat məhsulu - kitablar, CD və DVD-lər çıxarılıb. Məhsullar sərgi-yarmarkada iştirak edən xarici və yerli qonaqların marağına səbəb olub. Sərgidə fəal iştirakına görə Dövlət Komissiyası diplomla təltif edilib.
Dövlət Komissiyası sədrinin göstəriş və tövsiyəsinə uyğun olaraq
yeni bir kitab nəşrə hazırlanıb. “Terror: hadisələr, faktlar,
sübutlar” adlı kitabda Ermənistan Respublikasının Azərbaycan
Respublikasına qarşı ərazi iddiaları ilə bağlı 1988-ci ildən
etibarən yenidən alovlanan Dağlıq Qarabağ münaqişəsi prosesində
erməni terrorçu-quldur dəstələri tərəfindən həm intensiv hərbi
əməliyyatların getdiyi ərazilərdə, həm də həmin ərazilərdən kənarda
dinc azərbaycanlılara qarşı həyata keçirilmiş terror əməlləri
araşdırılıb. Kitab tərtib edilərkən Dağlıq Qarabağın silahlı
separatçı qüvvələri və Ermənistanın hərbi birləşmələri tərəfindən
törədilmiş cinayət hadisələrinin istintaqı ilə əlaqədar Baş
Prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik
Nazirliyi tərəfindən yaradılmış birgə istintaq-əməliyyat qrupunda,
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasında və arxivlərdə toplanmış materiallardan
istifadə olunub. Bundan başqa, M.S.Neymət və V.A.Quliyevin “Объект
армянского террора – памятники материальной культуры
азербайджанского народа” adlı kitabı fransız, ispan və Çin
dillərində çap olunub. Qeyri-maddi mədəni irsimizin ermənilər və
başqaları tərəfindən mənimsənilməsinin qarşısının alınması
məqsədilə indiyədək bu səpkidə təqdim olunmuş kitablardan tam
fərqli olaraq rus dilində dərc etdirdiyimiz “Azərbaycan mətbəxi”
kitabı isə türk, ingilis və ispan dillərinə tərcümə edilərək nəşr
olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan silahlı birləşmələri və Dağlıq Qarabağda yaradılmış erməni-terrorçu quldur dəstələrinin törətdiyi soyqırımı, etnik təmizləmə, vandalizm, əsir və girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması, insanlığa və bəşəriyyətə qarşı həyata keçirilmiş digər cinayət əməlləri ilə bağlı Milli Təhlükəsizlik Nazirliyində və Dövlət Komissiyasında toplanmış materiallar əsasında MTN-in İctimai Əlaqələr İdarəsi və İctimai Televiziya tərəfindən hazırlanmış “Dünya həqiqətləri bilməlidir” adlı sənədli filmin çəkilişində Komissiyanın İşçi qrupu yaxından iştirak edib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının rəsmi internet səhifəsinin (www.human.gov.az)
qlobal şəbəkədə texnoloji yeniliklərlə zənginləşdirilməsi, orada
müasir tələblərə uyğun materialların yerləşdirilməsi məqsədi ilə
Dövlət Komissiyası sədrinin göstərişinə əsasən, yenidən işlənməsi
üçün zəruri tədbirlər görülüb. Hazırda saytın yeni formatda tərtibi
işi davam etdirilir.
Hesabat dövründə Dövlət Komissiyasının Azərbaycan, rus, ingilis
dillərində 3200 nüsxə materiallar toplusu, 12 dildə nəşr edilmiş 27
adda 13 minə yaxın kitab və Xocalı faciəsini və digər cinayət
faktlarını əks etdirən material yazılmış 20 mindən artıq kompakt
disk respublikada və xarici ölkələrdə yayılıb. Dövlət
Komissiyasının materiallarının yayılmasında Komissiya üzvləri də
xüsusi fəallıq göstəriblər. Belə ki, AzərTAc-ın Baş direktoru Aslan
Aslanovun təşəbbüsü ilə agentliyin əməkdaşları ABŞ, Çin, Böyük
Britaniya, İtaliya, Danimarka, Çexiya və digər ölkələrdə, Zərifə
Salahova isə Kuba, Belarus, Hollandiya, İsveçrə və Sinqapurda
keçirilən müxtəlif beynəlxalq tədbirlərdə Komissiyanın nəşr
etdirdiyi materialların nümayişini və həmin ölkələrdəki beynəlxalq
təşkilatlara, dövlət qurumlarına, universitet və mərkəzi
kitabxanalara verilməsini təşkil ediblər.
Sonra Milli Təhlükəsizlik Naziri Xidmətinin rəhbəri Fərhad Vahabov MTN və Dövlət Komissiyasının Azərbaycanın milli maraqlarının qorunması istiqamətində gördüyü adekvat tədbirlərdən danışdı.
Məruzələr ətrafında müzakirələrdə Komissiyanın üzvləri Yaqub
Mahmudov, İsa Həbibbəyli, Rəbiyyət Aslanova, Azay Quliyev, Çingiz
Qənizadə, Oruc Zalov, Əflatun Amaşov çıxış edərək, ağır və eyni
zamanda, şərəfli bir missiyanı həyata keçirən Dövlət Komissiyasının
fəaliyyətini yüksək qiymətləndirdiklərini, görülən işlərin mühüm
əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə böyük rəğbətlə qarşılandığını
və beynəlxalq ictimaiyyətdə maraq doğurduğunu bildiriblər.
Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın yeganə problemi olması, bununla əlaqədar
reallıqların dünya ictimaiyyətinə çatdırılması barədə göstərişləri
üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi
üçün səylərin və əlaqələndirmə işinin gücləndirilməsinin vacibliyi
qeyd olunub.
İclasda müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul
edilib.
Vazeh
-
ABŞ04:44
Güclü zəlzələdən sonra Kaliforniyada fövqəladə vəziyyət ELAN EDİLDİ
-
Sosial03:43
Azərbaycanda ət niyə bahalaşıb? - SƏBƏBLƏR / VİDEO
-
Səhiyyə02:42
Bənövşəyi qarğıdalının elə faydaları üzə çıxdı ki....
-
Elm və təhsil01:11
Azərbaycanlı professor uzun illər həlli tapılmayan tənliyin öhdəsindən gəldi - FOTO
-
Magazin100:15
Vəfa Şərifovanın uşaqlarının atası birinci xanımı ilə - FOTO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Axşam saatları romantika vəd edir
-
MDB5 Dekabr 21:48
Daha bir İYRƏNC OLAY: kişi baldızının 13 yaşlı qızına təcavüz etdi
-
Magazin15 Dekabr 21:24
“Mənə “nənəliksən” deyən qızımdan imtina edirəm” - VİDEO