Nida.az
Əli Həsənov: İsrail mühüm strateji tərəfdaşdır
Azərbaycan İsraili mühüm müttəfiq və strateji tərəfdaş hesab
edir. “The Jerusalem Post” qəzetinin məlumatına görə, bu barədə
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda
səfərdə olan İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.
Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, bəzi kənar
“təzyiqlərə baxmayaraq” Azərbaycanın İsraillə münasibətləri inkişaf
edəcək. “Bizim bütün qonşu ölkələrlə qarşılıqlı maraqlara söykənən
münasibətlərimiz var, o cümlədən bir-biri ilə rəqib olan
ölkələrlə”, - deyə Əli Həsənov bildirib. Şöbə müdiri buna misal
olaraq Bakının Rusiya və ABŞ ilə münasibətlərini, həmçinin İran,
Türkiyə və İsraillə tərəfdaşlığını göstərib.
Əli Həsənov deyib ki, o, yanvarın əvvəllərində Prezident İlham
Əliyevin Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyip Ərdoğanla
görüşündə iştirak edib, ancaq bir dəfə də bunun şahidi olmayıb ki,
Türkiyədən kimsə Azərbaycanın İsraillə sürətlə inkişaf edən
münasibətlərinin soyumasını, yaxud kəsilməsini tələb etsin.
Qəzet yazır ki, İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan
alır. Eyni zamanda, ölkənin coğrafi mövqeləri onun İsrail üçün nə
dərəcədə mühüm olduğunu göstərir.
Şöbə müdiri deyib ki, İsrailin Azərbaycan üçün əhəmiyyətli ölkə
olmasının səbəblərindən biri də onun Yaxın Şərqin mühüm dövləti və
regionda qabaqcıl texnologiyalara malik olmasıdır. Bundan əlavə,
İsraillə yaxşı münasibətlər Azərbaycana Vaşinqtonda da kömək edir.
Belə ki, ABŞ paytaxtında fəaliyyət göstərən yəhudi qrupları və
İsrail liderləri amerikalı həmkarları ilə Azərbaycana dair çoxlu
müzakirələr və diskussiyalar aparırlar. Həmçinin Azərbaycan və
İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir.
Müəllif vurğulayır ki, Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına üzv
olan Azərbaycanın İsraillə yaxın münasibətlərinin digər müsəlman
dövlətləri üçün də bir model olduğunu bildirib.
Prezident Administrasiyasının şöbə müdiri onu da qeyd edib ki,
Azərbaycan-İsrail əməkdaşlığının bu cür inkişafı azərbaycanlılarla
yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərdən irəli
gəlir.
Azərbaycanda yəhudi icmasının 2500 il tarixi olduğunu deyən Əli
Həsənov deyib ki, hazırda ölkəmizdə doqquz minə qədər yəhudi,
İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır.
Şöbə müdiri əlavə edib ki, hansısa məsələlərdə İsraillə müsəlman
ölkələri arasında anlaşılmazlıq olduğu halda belə, əməkdaşlıq etmək
və münasibətlər qurmağın mümkün variantlarını tapmaq olar.
Azertag.az
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO