Nida.az
Millət vəkili AŞPA-da Ermənistan heyətinə sərt cavab verdi
Avropa Şurası Parlament Assambleyasında “Avropada xüsusilə xristianlarla münasibətdə tolerantsızlıq və ayrı-seçkilik halları ilə mübarizə” adlı məruzəçi Valeriu Giletçinin hazırladığı məruzə ətrafında geniş müzakirələr həyata keçirilib.
Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Qənirə Paşayeva mövzu ilə bağlı fikirlərini bildirməklə bərabər Assambleyada yalan, yanlış, böhtan xarakterli çıxışlar edən Ermənistan nümayəndə heyətinə də sərt cavab verərək dövlətiniz etnik təmizlə, soyqırım, terrorla məşğuldu deyib və Assambleyanı bu addımlara qarşı sərt reaksiya göstərməyə və mübarizə aparmağa, sərt addımlar atmağa çağırıb. O bildirib: “Avropa məkanında rasizmin, nifrətin, tolerentsızlığın artması bizi ciddi narahat etməlidir və təşkilata üzv ölkələr onun qarşısını almaq üçün harada baş verməsindən asılı olmayaraq ciddi və birgə addımlar atılmalıdır. Biz Xristianlara, müsəlmanlara, yəhudilərə dini inancından və etnik kimliyindən asılı olmayaraq bütün dinc insanlara qarşı hücumları pisləməli və belə halların artmaması üçün dini inancımızdan və etnik kimliyimizdən asılı olmayaraq harada baş verməsindən, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq birlikdə mübarizəmizi daha da gücləndirməliyik.
Avropa bizim ümumi evimizdir və biz gələcək nəsillərin bizim yaşadığımız acıları, bizim atalarımızın yaşadığı acıları yaşamaması üçün birlikdə dini inancımızdan, etnik kimliyimizdən asılı olmayaraq ümumi evimizin gələcəyi üçün rasizmə, toleransızlığa, dozümsüzlüyə qarşı birgə mübarizəmizi daha da gücləndirməliyik. Əslində məruzəçinin qətnamə layihəsində vurğuladığı bir sıra problemlərin həlli üçün ən önəmli məsələlərdən biri ondan ibarətdir ki, Avropa məkanında böyüyən gənc nəsillər etnik kökənindən, dini kimliyindən, cinsi və sosial statusundan asılı olmayaraq hər kəsə qarşı tolerant və hörmət hissi ilə böyüdülməlidir. Amma təəssüf ki, bəzi üzv ölkələrdə bir sıra siyasətçilərin çıxışları, KİV-də yayılan məlumatlar tam əksinə dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir.
Mən bu kimi hallardan əziyyət çəkmiş bir ölkənin nümayəndəsiyəm və dözümsüzlüyün, nifrətin, rasizmin nələrə gətirə çıxara biləcəyini görmək üçün ölkəmin yaxın tarixinə aid bəzi məlumatları sizinlə bölüşmək istəyirəm. Ermənistanda tolerantsızlığın, nifrətin və rasizmin siyasətçilərin çıxışlarında, təhsil sistemində və KİV-də geniş yayılmasının nəticəsində Ermənistan etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları zorla öz evlərindən, tarixi ata-baba yurdlarından çıxararaq qovdular.
Bundan sonra Ermənistan Azərbaycan torpaqlarını işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalıda soyqırım həyata keçirdilər. 1 milyon azərbaycanlı öz evindən zorla qovularaq Ermənistan tərəfindən qaçqın və məcburi köçkün salındı və onlar 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər. Ermənistan AŞPA-nın 1416 saylı qətnaməsini yerinə yetirməyərək işğal etdiyi Azərbaycan torpaqlarını işğaldan azad etmir”.
Ermənistanda rasizmin, dözümsüzlüyün, etnik təmizləmə siyasətinin bölgədə nə qədər böyük faciələrə yol açdığını deyən millət vəkili Qənirə Paşayeva Assambleyanı və üzv ölkələri bu cür addımlar atan ölkələrə qarşı sərt addımlar atmağa çağırıb və bildirib ki, bu cür mənfi tendensiyalara qarşı ciddi mübarizə aparılmazsa, o daha da genişlənə bilər.
Millət vəkili Assambleyanı artıq 10 ildir ki, Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini işğaldan azad etməyi tələb edən qətnaməsi ilə bağlı rəsmi İrəvan tərəfindən heç bir addım atılmadığını vurğulayaraq 1416 saylı qətnamənin qəbulu istiqamətində Ermənistana ciddi təzyiqlər göstərməyə də çağırırb və bildirib ki, təşkilat bir üzv ölkənin digər bir üzv ölkənin ərazilərini işğal altında saxlamasına, qurumun əsas prinsiplərini kobud şəkildə pozmasına sərt münasibət ortaya qoymalıdır.
-
Nəqliyyat08:34
Hazırda bu yollarda tıxac var - SİYAHI
-
Hadisə07:55
Azərbaycanda zəlzələ oldu
-
Sosial06:16
Daha bir dələduzluq növü: “20 manat ödəniş edirsiniz, sonra isə 3 aylıq..."
-
Sosial02:43
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR
-
İdman02:19
Klublararası DÇ-də səbətlər bəlli oldu: Püşk bu sistemlə atılacaq – FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: bunu etməsəniz, hər şey yaxşı olacaq
-
Avropa00:55
Fransanın Baş naziri istefa verdi
-
Hadisə00:15
Bakı metrosunda baş verənlərə görə bu gün xüsusi iclas olacaq - RƏSMİ