Arif Hacılı: “Qubad İbadoğlu nifaqı şiddətləndirmək üçün cəhd edəcək” - İTTİHAM
Bizi izləyin

Nida.az

Arif Hacılı: “Qubad İbadoğlu nifaqı şiddətləndirmək üçün cəhd edəcək” - İTTİHAM

Müsavat Partiyasının başqanı Arif Hacılı növbəti dəfə Qubad İbadoğlunu partiya daxilində nifaq salmağa hazırlaşmaqda ittiham edib.


Publika.az xəbər verir ki, bu barədə A. Hacılı “facebook” səhifəsində yazıb.


“Sabah M. Ə. Rəsulzadənin doğum günündə Qubad İbadoğlu ətrafındakılarla birlikdə partiya içinə saldığı nifaqı daha da şiddətləndirmək üçün növbəti cəhd edəcək”, - deyə o bildirib.


Qeyd edək ki, Q. İbadoğlu Arif Hacılı və İsa Qəmbərə M. Ə. Rəsulzadənin doğum günü mərasimindən sonra görüşməyi və yaranmış problemləri müzakirə etməyi təklif etmişdi. Lakin partiyanın hazırkı rəhbərliyi bu təklifi qəbul etməyib.

Q. İbadoğlu fevralın 2-də partiya nizamnaməsini pozması iddiası ilə Divana dəvət edilib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm