Nida.az
Siyavuş Novruzov: “Əli Kərimli bp-dən aldığı pullar kimi...”
“Əli Kərimlinin fikirləri erməni lobbisinin, Azərbaycanı istəməyən dövlətlərin, ölkəmizə qarşı təzyiq göstərməyə çalışan beynəlxalq qurumların fikirləri üst-üstə düşür. Bunlar eyni mənbədən istiqamətləndirilir”.
Publika.az xəbər verir ki, bu barədə Yeni
Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili
Siyavuş Novruzov hakim partiyanın saytına müsahibəsində AXCP
sədrinin ittihamlarına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Əli Kərimli Azərbaycan xalqının maraqlarını deyil, başqa-başqa dövlətlərin, qurumların, xüsusilə erməni lobbisinin maraqlarını həyata keçirməklə məşğuldur: “Bunu AXCP-dən istefa verən şəxslər də bildiriblər. O baxımdan, ölkədə görülən işlərə kölgə salmaq, mənfi fikir söyləmək, çox primitiv şəkildə, saxta rəqəmlərlə insanları çaşdırmaq bilavasitə həmin təxribatçı qrupların planının tərkib hissəsidir. Bu plana uyğun olaraq, Əli Kərimli öz şəbəkələrinə aid mətbuat orqanında guya ölkəmizin sosial-iqtisadi vəziyyətinə dair müsahibə verib. Əslində, ilk baxışdan belə görünür ki, kimlər tərəfindənsə hazırlanaraq onun adı ilə verilib. Yəqin, bu da yuxarıda adlarını çəkdiyim dairələrin işidir.
Təsəvvür edin, bütün dünya ölkələri maliyyə-iqtisadi böhranı
etiraf edir, onun zərərlərindən danışır, amma Əli Kərimli sübut
etməyə çalışır ki, dünyada iqtisadi böhran yoxdur. Hazırda bütün
Şərqi Avropa, eləcə də Avropanın digər hissəsinə aid olan ölkələr
böhran içərisindədir. Elə təkcə Yunanıstanı götürək ki, hansı
vəziyyətdədir. Ən qədim Avropa dövlətlərindən biridir. Bu dövlətin
iqtisadi böhran məngənəsində necə sıxıldığını az qala bütün
dünyanın vətəndaşları bilir. Bəs Əli Kərimli kimilər bunu
görmür?”
AXCP sədrinin neftin qiymətinin aşağı düşməsi məsələsindən çıxış
edərək Azərbaycanda vəziyyətin pisləşəcəyinə dair fikirlərini şərh
edən S. Novruzov qeyd edib ki, neft gəlirlərini Azərbaycandan yaxşı
istifadə edən ikinci bir ölkə yoxdur: “Hansı ölkələr bu qısa müddət
ərzində Azərbaycan qədər düzgün, məqsədli şəkildə neft
gəlirlərindən səmərəli istifadə edir? Bunu Beynəlxalq Valyuta Fondu
da, Dünya Bankı da təsdiq edir. Ümumiyyətlə, neft gəlirlərinin
idarə olunmasını izləyən qurumlar bu məsələdə Azərbaycanın gördüyü
tədbirləri dəyərləndirirlər. Neft gəlirləri xalq üçündür. Yəqin,
Əli Kərimli hesab edir ki, bp-dən aldığı pullar kimi bu neft
pullarından da pay almalıdır. Amma nəzərə almalıdır ki, bu,
Azərbaycan xalqının sərvətidir, yalnız xalqa xidmət edir. Əli
Kərimlinin Böyük Britaniya banklarında milyonlarla pulunun olması
sübut olunub. Övladları ən bahalı universitetlərdə oxuyur, xaricdə
bahalı evləri, mülkləri var. Bunları hansı vəsait hesabına əldə
edib, əvvəlcə bunun hesabatını versə? yaxşı olar. Sonra başqa
şeylərdən danışsın. Əli Kərimli xeyli vaxtdır Biləcəridən o tərəfə
keçməyib, amma özünü elə aparır ki, guya hər şeydən xəbəri
var”.
Onun sözlərinə görə, Əli Kərimli kimilər ölkədə sabitliyin
mövcud olmasına maraqlı deyil.
“Sabitlikdən gözəl nə var? Bütün dünya bu baxımdan Azərbaycana
həsəd aparır, çünki ölkəmiz sabitlik adasıdır. Hakimiyyətin 10
qızıl şərti var. AXCP sədri bunu bilmirsə, gedib oxuyub öyrənsin.
10 qızıl şərtin birincisi sabitlikdir. Sabitlik olmayan ölkədə
iqtisadi inkişaf, islahatlar mümkün deyil. Hər hansı sahələrə dəyər
vermək mümkün deyil. Bu gün dövlət vəsaiti hesabına 5000-ə yaxın
gənc xaricdə təhsil alıb yüksək mütəxəssis kimi Azərbaycana
qayıdırlar. Neft kapitalının insan kapitalına çevrilməsi budur.
Amma Əli Kərimli 5-3 nəfər qaçaq-qulduru başına yığıb milli
maraqlara zidd fəaliyyət göstərir. O, erməni lobbisinə xidmət edən,
onlardan qrant alan bəzi insanlarla əlbir olub. Leyla Yunus kimi
casusların canfəşanlıqla müdafiə etməsi də buradan qaynaqlanır.
Ölkəmizdə sabitliyin pozulması həm Əli Kərimlinin, həm də onu
maliyyələşdirən, arxasında dayanan, himayə edən qurumların
arzusudur. AXCP sədri bacarırsa, ölkəmizdəki sabitlik şəraitində
hansısa proqramla çıxış etsin, amma bunu bacarmır. Xalq bilir ki,
o, hansı yuvanın quşudur. Ona görə də heç bir etimad göstərmir. Bu
səbəbdəndir ki, bütün seçkilərdə biabırçı şəkildə uduzur. Özü də
partiyanı tamam dağıdıb. Elçibəydən qalan partiyadan əsər-əlamət
yoxdur. Əli Kərimlinin partiyası bələdiyyə seçkilərində iştirak
etmək iqtidarında olmadı. Bu vəziyyətdə olan adam durub
Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatına dair fikir
söyləmək istəyir. Amma çox primitiv şəkildə yanaşma tərzi ortaya
qoyur ki, bu da insanları çaşdırmaq məqsədi güdür”, - deyə o qeyd
edib.
S. Novruzov Azərbaycanın müstəqil siyasət aparmasının Əli
Kərimli kimilərə sərf etmədiyini vurğulayıb. Onun sözlərinə görə,
AXCP sədri Azərbaycanın da Ermənistan kimi qoltuq altında
sürünməsini istəyir: “Əli Kərimli Dağlıq Qarabağ münaqişəsinin
ədalətli həlli ilə bağlı reallığı deyə bilməyib və bilməz. Çünki
ipi erməni lobbisinin əlindədir. Erməni lobbisinin
maliyyələşdirdiyi təşkilatlar vasitəsilə milyonlarla pul alıb. Ona
görə də Ermənistan haqqında mənfi söz işlətməyib, gizli şəkildə bu
ölkəni müdafiə edir, işlədiyi təşkilatlara qulluq göstərir. Bu
insan Azərbaycan xalqına və dövlətinə xidmət etmir. Artıq uzun
illərdir ki, bu reallıq öz partiyadaşları tərəfindən etiraf olunub.
Bunun nəticəsi olaraq, həmin adamlar bəyanat verib AXCP-dən
çıxıblar. Gəlin görək, AXCP sədri hansısa dünya mətbuatında
Azərbaycanın maraqlarını müdafiə edən bir yazısı varmı? Həmin
yazıda Ermənistanın işğalçılıq siyasətinin nəticələri, münaqişənin
ədalətli həlli bağlı məqamlar varmı? Varsa, göstərsin. Əslində,
harada anti-azərbaycançı qüvvələr var, Əli Kərimli onlarla dostluq
edir. Bunların ümumiyyətlə perspektivləri yoxdur. İlk növbədə,
elektorat, sosial bazaları yoxdur. Əli Kərimli dəfələrlə
namizədliyin irəli sürdüyü istənilən dairədə istənilən namizədə
məğlub olub. Çünki cəmiyyət onları qəbul etmir. Onlar tarixin
arxivinə, özü də qara arxivinə birdəfəlik gedəcəklər”.
Asif
-
Hadisə18:45
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir?
-
Sosial17:38
Nazirlik 6 milyona yeni şirkət yaratdı
-
Sosial16:24
Bakıda bu köşklərin fəaliyyəti dayandırıldı - FOTO
-
Sosial15:30
Partlayış zamanı şok keçirən qadın öldü
-
Nida Xəbər 14:43
Nazir onu rəis təyin etdi - FOTO
-
Elm və təhsil13:33
Nazir direktoru vəzifəsindən azad etdi
-
İdman13:01
Bakıda Messini görmək istəyənlər bu qədər xərcə düşəcək - Bilet qiymətləri açıqlandı
-
Sosial12:10
Əli Əsədov qərar imzaladı