Nida.az
Bolqarıstan prezidenti Azərbaycana gəlir – FOTO
Bolqarıstan prezidenti Rosen Plevneliyev III Açıq Cəmiyyətlər Forumunda iştirak etmək üçün bu ilin aprel ayında Azərbaycana səfərə gələcək.
Publika.az-ın məlumatına görə, bu barədə razılıq R.Plevneliyevlə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov və Mərkəzin İdarə Heyətinin üzvü, Bolqarıstanın eks-prezidenti Petar Stoyanov arasında Sofiyada keçirilmiş görüşdə əldə olunub.
Prezident R.Plevneliyev Mərkəzin dəvətini qəbul edərək Foruma qatılacağını bildirib.
Üçüncü Açıq Cəmiyyətlər Forumu hazırlıq çərçivəsində keçirilmiş görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, xüsusilə də bu ilin aprelində Bakıda baş tutacaq III Açıq Cəmiyyətlər Forumuna dair geniş müzakirələr aparılıb. Mərkəzin Azərbaycanla Bolqarıstan arasında münasibətlərin inkişafına verə biləcəyi töhfələr barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, III Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2015-ci il aprel ayının 27-30-da Bakıda keçiriləcək.
Tədbirdə 55 ölkədən 200-dək tanınmış ictimai və siyasi xadimlər, sabiq ölkə və hökumət rəhbərləri ilə yanaşı, hazırkı dövlət və hökumət başçılarının da iştirakı planlaşdırılıb.
Vasif Həsənli
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi