Nida.az
Azərbaycan nümayəndə heyəti Ermənistana getməkdən imtina etdi
“Azərbaycan nümayəndə heyəti 2011-2014-cü illərdə Avronest PA-nın sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda keçirilməsinə və Ermənistanın Avronest PA-ya həmsədrliyinə davamlı şəkildə qəti etiraz edib”.
Publika.az xəbər verir ki, bu barədə Avronest
PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan
Süleymanov deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad
edilməyənədək, Sərsəng su anbarının 23 ildən artıq işğal altında
qalması nəticəsində Azərbaycanın 400 min əhalisi olan cəbhəyanı
rayonları üçün törətdiyi təhlükələr tam aradan qaldırılmayanadək,
Naxçıvanın blokadasına son qoyulmayanadək Avronest PA-nın
sessiyalarının, Büro və komitə iclaslarının Ermənistanda
keçirilməsi və Ermənistanın Avronest PA-ya həmsədrlik etməsi
yolverilməzdir.
“Azərbaycan nümayəndə heyəti eyni zamanda birmənalı şəkildə
Ermənistanda keçiriləcək sessiyaların və iclasların işində iştirak
etməyəcəyini bildirib. Odur ki, Avronest PA-nın plenar sessiyasının
İrəvanda keçirilməsi barədə qərar Azərbaycan nümayəndə heyətinin
qəti etirazlarına baxmayaraq qəbul edilib. Diqqəti çəkən məqam
ondan ibarətdir ki, Avronest PA-nın 4-cü sessiyası İrəvanda
qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində keçiriləcək.
Ermənistan tərəfinin bu beynəlxalq tədbirdən qondarma “erməni
soyqırımı”ndan təbliğatı vasitəsi kimi istifadə edəcəyi şübhə
doğurmur. Ermənistanın Gömrük İttifaqı Sazişini imzalaması və
Avrasiya İqtisadi Birliyinə üzv olması faktına baxmayaraq, Avronest
PA nəinki ona münasibət bildirməyib, hətta yaranmış vəziyyəti
müzakirə etməyib. Əksinə, belə bir şəraitdə Avronest PA-nın plenar
sessiyasının bu ölkədə keçirilməsi, onun qeyd edilən qurumlara
daxil olmaq haqqında qəbul etdiyi siyasi qərarların təqdir edilməsi
anlamına gəlir. Bu isə Avronest PA-nın İrəvanda keçiriləcək
sessiyasının gedişatında Ermənistanın öz maraqlarına uyğun
istənilən qərarın qəbul edilməsinə nail olacağından xəbər verir.
Digər tərəfdən, sessiyanın İrəvanda keçirilməsi Ermənistan tərəfinə
qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı təbliğat üçün
əlavə imkanlar yaratdı”, - deyə o bildirib.
E. Süleymanov dəfələrlə digər beynəlxalq təşkilatlarda olduğu kimi,
Avronest PA-da da Azərbaycana münasibətdə ikili standartlar
siyasəti həyata keçirilməsinin şahidi olduqlarını bildirib:
“Çoxsaylı səylərimizə baxmayaraq, Avronest PA-nın nə komitə
iclaslarında, nə də plenar sessiyalarında indiyədək Ermənistanın 20
faiz Azərbaycan ərazisini 23 ildən artıq müddət ərzində işğal
altında saxlaması faktının müzakirə edilməsi mümkün olmayıb. Biz
hər dəfə Avronest PA-nın Dağlıq Qarabağ və işğal edilmiş digər
ərazilərin problemini həll edə biləcək təşkilat olmadığı barədə
bəyanatla üzləşmişik. Məlumdur ki, Krım yarımadasının Rusiyaya
birləşdirilməsi və Ukraynanın cənub-şərq hissəsində baş verən
silahlı toqquşmalar fonunda bir sıra aparıcı dünya dövlətləri və
beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı tərəfindən
Ukraynaya yüksək səviyyəli dəstək nümayiş etdirilir. Lakin
əraziləri uzun müddət ərzində işğal altında olan Azərbaycana da
Ukrayna səviyyəsində dəstək nümayiş etdirilərək işğalçı Ermənistana
sanksiyaların tətbiq edilməsi barədə sənədlərin qəbul edilməsi
tələbini irəli sürməyimizə baxmayaraq, müxtəlif mexanizmlər
vasitəsilə bizim cəhdlərimizin qarşısı qəti şəkildə alınıb.
Beləliklə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı
çərçivəsində yaradılmış parlament təsisatı olan Avronest PA digər
beynəlxalq təşkilatlar kimi işğalçı Ermənistanı öz çətiri altında
saxlayır və onu Azərbaycana qarşı həyata keçirmiş olduğu təcavüz
cinayəti əməllərinə görə hər hansı sanksiyalardan və məsuliyyətdən
sığortalamağa çalışır. Eyni zamanda, Avronest PA 4-cü sessiyasını
qondarma “erməni soyqırımı” iddialarının 100 illiyi ərəfəsində
İrəvanda keçirməklə, bu sərsəm iddialarının dünya ictimaiyyəti
arasında yayılmasında özünü təbliğat maşını qismində təsdiq etmiş
olur. Sərsəm “erməni soyqırımı”na faktiki dəstək verən bu qurum
nəzərə almır ki, bu qondarma iddiaların 100 illiyini qeyd etməyə
hazırlaşan ermənilər hələ 1905-ci ildən başlayaraq azərbaycanlılara
qarşı soyqırımı cinayətləri törədib və artıq 110 ildir ermənilərin
azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı cinayətləri davam
edir”.
E. Süleymanov Azərbaycan nümayəndə heyətinin öz mövqeyində israrlı
olduğunu və İrəvanda keçiriləcək sessiyada iştirak etməyəcəyini
bəyan edib.
Qeyd edək ki, fevralın 11-də Strasburqda Avronest PA-nın Büro
iclası keçiriləcək. İclasda bir sıra məsələlərlə bərabər qurumun
4-cü plenar sessiyasının gündəliyinin layihəsi müzakirə ediləcək.
Avronest PA-nın 4-cü sessiyası 16-18 mart 2015-ci ildə Yerevanda
keçiriləcək və bu barədə qərar 2014-cü ildə Büro tərəfindən qəbul
edilib.
Asif Nərimanlı
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI