Nida.az
Bu proseslər davamlıdır - Bahar Muradova
“Beynəlxalq müstəvidə Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması, Qarabağ hadisələrinə siyasi-hüquqi qiymət verilməsi yönündə gedən proseslər davamlıdır. Yəni, söhbət ümumilikdə Qarabağ həqiqətlərinin dünya ölkələri və onların parlamentləri, müvafiq beynəlxalq təşkilatlar tərəfindən qəbul olunması, dəyənləndirilməsi və müvafiq sənədlərdə əksini tapmasından gedir”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
B.Muradova bildirib ki, dövlətimiz bu yöndəki işini bütün istiqamətlərdə davam etdirir. Onun sözlərinə görə, bir sıra parlamentlərdə də müvafiq işlər aparılır: “Bilirik ki, belə sənədlər bir qayda olaraq parlamentlərdə qəbul olunur və biz də dostluq qrupları vasitəsilə, həmçinin, fərdi münasibətlərimizdə bütün məsələlərə hər zaman dəstək axtarırıq, bunun üçün ardıcıl işləyirik. Artıq bu günə qədərki fəaliyyət də müəyyən nəticə verib, bir sıra dövlətlər və onların parlamentləri tərəfindən müvafiq addımlar atılıb, sənədlər qəbul edilib. Hazırda bir çox parlamentlərdə bu istiqamətdə işlər gedir. Dostluq qrupları çox fəal şəkildə işləyirlər. Və orada olan – Azərbaycan həqiqətlərini bilən, beynəlxalq hüququn prinsiplərini dəyərləndirən insanlar belə təşəbbüslərlə çıxış edirlər və yəqin ki, bunun nəticələrini də qarşıdakı zamanda görəcəyik”.
-
Dünya13:01
Bundestaq Olaf Şoltsa Rusiya ilə bağlı ultimatum verdi
-
Sosial12:28
SOCAR-dan "İsrailə neft satır" iddialarına REAKSİYA
-
Sosial11:56
Bu şəxslərə şad xəbər: pensiyaları artacaq
-
Nəqliyyat11:31
Bakıda taksi xidməti niyə kəskin bahalaşıb? - Rəsmi açıqlama
-
Region11:11
İrəvan aeroportunda 41 gün aclıq edən Nikolyan Fransaya qayıtdı: Bildirdi ki...
-
Maraq dünyası10:46
Bu ay BÜRCLƏRİ nələr gözləyir? - Pul, karyera, toy və...
-
Dünya10:10
Mask Yupiterlə bağlı sirli proqnoz verdi
-
Sosial09:36
Ermənistanda əsirlikdə olan azərbaycanlıların NADİR GÖRÜNTÜLƏRİ yayıldı - VİDEO