Nida.az
Qubad İbadoğlu ADR-dən istefalara münasibət bildirdi
Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu bir qrup gəncin hərəkatdan istefa verməsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, ADR təsisçisi bunu
yanlış informasiya adlandırıb.
“Bəzi mətbu orqanlar Azərbaycan Demokratiya və Rifah (ADR)
hərəkatından bir qrup gəncin ADR hərəkatının strateji kursunun
qərbyönümlü olmasına etiraz əlaməti olaraq istefa verməsi ilə bağlı
yanlış məlumatları dərc ediblər. Bu məsələyə aydınlıq gətirmək
istəyirəm.
Əvvəla, ADR hərəkatı hələ yaranmayıb, indiyə qədər reallaşdırılan fəaliyyətlər onun təsis olunması üçün həyata keçirilirdi. Fevralın 21-də keçiriləcək təsis konfransında iki nəfərin iştirak etməməsi nəyisə dəyişmir”, - deyə o bildirib.
Q. İbadoğlu qeyd edib ki, ADR-in strateji kursu hələ
formalaşdırılmayıb: “Hərəkatın strateji kursunu onun təsisçiləri
təsis konfransında müəyyənləşdirəcək. Belə olan halda müəyyən
olmayan strateji kursa etiraz edərək təsis edilməyən hərəkatdan
istefa vermək barədə bəyanat həddindən çox absurd və qərəzli
görünür”.
Qeyd edək ki, dünən ADR-in Gənclər üzrə Təşəbbüs Qrupunun sədri və
üzvləri istefa verməklə bağlı bəyanat yayıblar. Bəyanatı Təşəbbüs
Qrupunun sədri Xəyyam Məmməd, qrupun üzvləri Ceyhun Bəhramov, Vüsal
İsayev, Asiman Əlili, Əfqan Əhmədov imzalayıb. Onlar hərəkatın
qərbyönümlü və milli ideologiyaya əsaslanmadığını əsas gətirərək
hərəkatdan istefa verdiklərini açıqlayıblar.
Asif
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR