Əli Həsənov həmsədrlərə mesaj verdi – FOTO
Bizi izləyin

Nida.az

Əli Həsənov həmsədrlərə mesaj verdi – FOTO

Azərbaycan Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədrlik institutu formatının dəyişdirilməsi və bu sıraya Türkiyənin də qatılması ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirib.

PA-nın şöbə müdiri Ə.Həsənov Ankarada Publika.az-ın əməkdaşının sualına cavabında deyib ki, zaman-zaman ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin təmsilçilik məsələsi müzakirəyə çıxarılıb. Onun sölərinə görə, Azərbaycan da Minsk qrupunun fəaliyyətsizliyinə görə öz etirazını və narazılığını dilə gətirib: “ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinin sonu olaraq Azərbaycan torpaqları 20 ildən artıqdır ki, işğal altındadır. Buna görə də Azərbaycan davamlı olaraq ATƏT-in Minsk qrupunun həmsədrlərindən fəaliyyətlərini artırılmasını gözləyir. Azərbaycan istəyir ki, həmsədrlikdə hansı ölkənin təmsilçiliyindən asılı olmayaraq, fəaliyyətlərini gücləndirməlidirlər, beynəlxalq hüquqa söykənərək hadisələrə obyektiv qiymət verməlidirlər”.

Vasif Həsənli - Ankara

Oxumağa davam et
Reklam
Reklam

Gündəm