Nida.az
“Qubad İbadoğlunu həbs edin” – Müsavatda ŞOK QARŞIDURMA
Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri Qubad İbadoğlu ABŞ-a səfər edib.
Publika.az xəbər verir ki, Q. İbadoğlu budəfəki
səfərinin siyasi məsələlərlə bağlı olduğunu deyib: “Yenidən ABŞ-a
səfərə çıxdım. İşgüzar görüşlərim əvvəlkilərdən xeyli fərqlənir.
Əvvəla, ilk dəfədir ki, Azərbaycan Demokratiya və Rifah (ADR)
hərəkatının sədri statusu ilə müzakirələrə qoşulacam. İkincisi,
səfər proqramım şəffaflıq deyil, daha çox siyasi məsələlər üzərində
qurulacaq. ABŞ Konqresi tərəfindən əsası qoyulan bu proqram Dövlət
Departamenti və Demokratiya Naminə Fond tərəfindən
dəstəklənir”.
ADR sədrinin bu səfəri Müsavat Partiyasında qıcıqla qarşılanıb.
Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK)
sədri Sevinc Hüseynova Q. İbadoğlunu jurnalist Xədicə İsmayılla
müqayisə edib. Bildirib ki, X. İsmayıl ABŞ fondları ilə işləyirdi:
“İndi həbsdədir. Qubad İbadoğlu isə təyyarədən düşmür. Bu dəfə
şəffaflıqdan yox, siyasətdən danışacaq”.
MNTK sədrinin bu yanaşması Qubad İbadoğlu tərəfdarlarının sərt
reaksiyası ilə qarşılaşıb.
ADR üzvü İsmayıl Kəsəmənli S. Hüseynovanı xarici fondlardan pul
almaqda ittiham edib.
“Sevinc xanım, ən azından siz danışmayın. Çünki xarici fondların
verdiyi pulların dadını siz də yaxşı bilirsiniz”, - deyə o
bildirib.
Müsavat üzvü, hazırda Avropada yaşayan Elbəyi Həsənli isə S.
Hüseynovanın sözlərinə maraqlı şərh verib: “Qubad İbadoğlunu həbs
edin”.
Onun sözlərinə görə, MNTK sədri Sevinc Hüseynovanın sözlərindən belə çıxır. MNTK sədri ADR sədrinin həbs olunmasını istəyir.
“Müsavat Partiyası nə günə qalıb ki, belə bir vəzifənin daşıyıcısı
işverənliklə məşğul olur. Kin-küdurət bizim axırımıza çıxıb”, -
deyə o bildirib.
Asif Nərimanlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR