Nida.az
Müşfiqabad məscidinin imamı: «Məqsəd qarşıdurma yaratmaqdır»
Qaradağ rayonundakı Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev son vaxtlar bəzi KİV-lərdə ona qarşı tənqidlərə münasibət bildirib. Fevralın 18-də "Azadlıq Radiosu"na açıqlamasında o, bunu dini icmalar arasında qarşıdurma yaratmaq istəyən qüvvələrin əməli sayıb.
Yada salaq ki, son vaxtlar bəzi KİV-lərdə sələfi icmasına qarşı
kəskin ittihamlar səslənib. Hətta bu ittihamlarda Azərbaycandan
Suriyaya vuruşmağa gedən insanların da məhz sələfi təriqətindən
olan ruhanilərin təbliğatının əsirinə çevirildiyi qeyd edilir.
Tənqidçilər arasında QMİ rəhbəri Allahşükür Paşazadənin qardaşı,
deputat Cavanşir Paşazadə də yer alıb.
Mübaqiz Qaçayev Azadlıq Radiosuna qısa müsahibəsində onun həbsi ilə
bağlı yayılan məlumatlara da münasibət bildirib. O, həbsi barədə
xəbərlərdə də məqsədin qarşıdurma yaratmaq olduğunu deyib. Son bir
ayda iki dəfə onun həbsi xəbəri yayılıb.
Mübariz Qaçayev:
- Yalan söhbətdir. Öz işim-gücümlə, evdəki problemlərimlə məşğulam.
Hamısı uydurmadır.
- Məqsəd nədir sizcə bu xəbərlərin yayılmasında?
- Məqsəd fitnə-fəsad çıxarmaq, qarşıdurma yaratmaqdır. Mən belə
başa düşürəm.
- Niyə məhz sizin haqqınızda yayılır bu xəbərlər?
- Bunların məqsədi ara qarışdırmaqdır, işləri həmişə ondan ibarət
olub. Bunların fikri odur, başqa bir şey yoxdur.
Bu sözlərdən sonra Mübariz Qaçayev dəstəyi asıb.
Mübariz Qaçayev bir neçə il əvvəl məsciddəki dini icma qeydiyyatsız
fəaliyyət göstərdiyinə görə polisə çağırılıb. O, Azadlıq Radiosuna
deyirdi ki, onu ayda iki dəfə Qaradağ rayon polis bölməsinə aparıb
məscidi bağlamağı tələb edirlər.
Yanvarın 31-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İçərişəhərdəki
Aşurbəy məscidində və Müşfiqabad qəsəbə məscidi ilə bağlı bildirib
ki, bu məscidlər İdarənin təşkilati tabeçiliyində deyil, həmin
məscidlərdəki dini icmalar, onlara dəfələrlə xəbərdarlıq edilməsinə
baxmayaraq, dövlət qeydiyyatından keçməyib. “Müşviqabad məscidinə
toplaşmış bir qrup şəxsin qeyri-qanuni əməlləri nəticəsində orada
vaxtilə mövcud olmuş dini icma özünü buraxmağa məcbur olub”. QMİ
həmin məscidlərə heç bir din xadimi təyin edilmədiyini, “özunu
həmin məscidlərin imam, axundu kimi təqdim edənləri də
tanımadığını” bəyan edib.
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO