Nida.az
Arif Rəhimzadə: “Bəzi ölkələr tərəf olan təşkilatlara qoşulur...”
“Azərbaycan və Rusiya arasında münasibətlər stabil olaraq inkişaf edir. Yəni iki ölkə arasında mövcud olan münasibətlərdə tez-tez dəyişmək meyilləri yoxdur”.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Azərbaycan-Rusiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Arif Rəhimzadə bildirib.
Onun sözlərinə görə, bu cür yaxşı münasibətlərin olmasının əsasında Azərbaycan və Rusiya prezidentlərinin dostluğu dayanır. A.Rəhimzadə deyib ki, Azərbaycanın siyasəti doğru, eyni istiqamətdə, düşünülmüş və bir tərəfdən o biri tərəfə özünü atmayan siyasətdir: “Ola bilər ki, biz hansısa məsələdə Rusiyanı təmin etmirik. Əslində, dövlətlər arasında olan münasibətlər məhz belə olmalıdır. Rusiya da Azərbaycanın bu cür stabil mövqeyini yüksək qiymətləndirir. İndi bəzi ölkələr bu gün bir söz deyib, sabah başqa cür söz deyir, tərəf olan təşkilatlara qoşulur və sairə. Ancaq Azərbaycan belə bir addım atmır. Bizdə çox ardıcıl və düşünülmüş siyasət mövcuddur. Bunu da ağlı başında olan hər bir dövlət başçısı yüksək qiymətləndirir. Təbii ki, həm Azərbaycanın, həm də Rusiyanın öz maraqları var. Ancaq eyni zamanda Rusiyanın Azərbaycana hər hansı iradı yoxdur”.
Vasif Həsənli
-
Dünya14:53
Putin Trampı təbrik edəcək? - Kremldən açıqlama
-
Rəsmi xronika14:18
İlham Əliyev Trampı təbrik etdi
-
Kriminal12:44
Türkiyədən Azərbaycana qayıtdı, bir həftə sonra öldürüldü - Qisas cinayəti
-
Rəsmi xronika11:39
İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNDİ / FOTO
-
Pul11:34
Seçkilərin nəticəsi dollara görün necə təsir etdi - Son rəqəmlər
-
ABŞ10:12
Respublikaçılardan sarsıdıcı qələbə: Demokratlar Senata nəzarəti itirdi
-
MDB10:08
Xəzərin üzərində PUA vuruldu: Əhaliyə müraciət edildi
-
Sosial09:17
Kilosu 4 manata başa gələn ətlər bu məkanlara göndərilirmiş