Nida.az
Toğrul İsmayıl: “TANAP Azərbaycanın milli təhlükəsizliyini gücləndirir”
“TANAP çox əhəmiyyətli və strateji önəmə sahib olan layihədir”.
Bu barədə Publika.az-a açıqlamasında TOBB
İqtisadiyyat və Texnologiya Universitetinin Beynəlxalq Münasibətlər
fakültəsinin professoru, politoloq Toğrul İsmayıl bu gün Qarsda
TANAP-ın təməlqoyma mərasiminin keçirilməsinə münasibət bildirərkən
deyib.
Onun sözlərinə görə, uzun illərdir enerji ixracını yerinə yetirən
Azərbaycan bu məsələdə öz strategiyasını ağıllı və düzgün şəkildə
həyata keçirir: “TANAP-a Avropa və dünyaya çıxışı təmin edən,
əvvəldən təməli atılmış layihələrin davamı kimi baxmaq olar. Daha
öncə Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum boru kəmərləri var
idi. TANAP da uğurlu enerji strategiyasının davamıdır”.
T. İsmayılın fikrincə, Azərbaycan bu strateji addımları atmaqla
enerji təhlükəsizliyi ilə yanaşı milli təhlükəsizliyini də
möhkəmləndirir.
“Azərbaycan Avropanın enerji təhlükəsizliyinə daha aktiv rola
malikdir. Rəsmi Bakı müttəfiqi Türkiyə ilə ortaq layihələr
çərçivəsində addımlarını atır. TANAP-ın tam işə düşməsindən sonra
Avropanın enerji probleminə böyük töhfə verəcək və “Köhnə Qitə”
Rusiyadan yan keçən alternativ mənbə əldə edəcək. Hansı ki, bu
alternativ layihə Cənubi Qaz Dəhlizi adlanır. Lakin bir məsələ
həqiqətdir ki, Rusiyanın bu layihələrdən kənarda qalması
Azərbaycanın yürütdüyü siyasətlə bağlı deyil. Rusiya özü-özünü
təcrid edir. Digər tərəfdən, Azərbaycan enerji təhlükəsizliyində
aldığı rol özünü milli təhlükəsizliyi məsələsinə çevrilir. Bu
baxımdan, təsisat mənbələri və boru kəmərlərinin inkişaf
etdirilməsinin vacib olduğunu hesab edirəm. Bu layihələr doğru və
sistemli şəkildə həyata keçsə, Azərbaycan öz təhlükəsizliyini də
gücləndirəcək”, - deyə ekspert vurğulayıb.
T. İsmayıl bölgədə Ankara-Tiflis-Bakı ittifaqının ilkin
elementlərinin yarandığını diqqətə çatdırıb: “Ermənistanın işğalçı
siyasəti onu regiondakı beynəlxalq layihələrdən kənarda qoyub.
İrəvan çox şey itirməsinə rəğmən öz işğal siyasətindən əl çəkmək
istəmir. Bu isə regionda Gürcüstanın əhəmiyyətini artırıb. Son
dövrlər Gürcüstan da Türkiyə kimi aktiv rol almağa başlayıb.
Gürcüstan enerji resursları olmayan bir ölkədir. Lakin Azərbaycanın
ağıllı və doğru siyasəti nəticəsində bu məsələ həll olunub.
Bildiyimiz kimi, Bakı BTC reallaşarkən öz payındakı küllü miqdarda
vəsaitdən Tiflisin xeyrinə vaz keçdi. Bu düşünülmüş siyasət idi və
hazırda bunun bəhrəsini görürük. Beynəlxalq layihələrin nəticəsində
bu üç ölkə iqtisadi bağlılıqlarını möhkəmləndirir. Biz regionda
yeni iqtisadi və siyasi ittifaqın ilkin elementlərini müşahidə
edirik. Digər tərəfdən, məsələyə fərqli rakursdan baxdığımız zaman,
əslində bölgədə geosiyasi ittifaqın qurulduğunu deyə bilərik. Misal
üçün, Türkiyə, Gürcüstan və Azərbaycan birgə addımlar atır. Rusiya,
İran və Ermənistan da ayrılıqda hərəkət edirlər”.
Asif Nərimanlı
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"