Nida.az
Xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir - YENİLƏNDİ
Gəncədə "Vega" hotelində Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb.
Teleqraf.com-un Gəncəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, görüş bağlı qapılar arxasında keçirilir.
Görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Gəncə icra hakimiyyətinin başçısı qonaqlarla görüşəcək və birgə xatirə fotosu çəkiləcək.
Jurnalistlər üçün mətbuat konfransı keçiriləcək. Daha sonra Gürcüstanın Gəncədəki konsulluğunun açlışı olacaq.
13.10
Gəncədə xarici işlər nazirlərinın ikitərəfli görüşləri başa çatıb
Gəncədə Azərbaycan,Türkiyə və Gürcüstan xarici işlər nazirlərinın ikitərəfli görüşləri başa çatıb.Trend-in məlumatına görə, görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə edilir. Görüşlər jurnalistlər üçün qapalıdır.
Qeyd edək ki, bu gün ikitərəfli görüşlərdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı ilə üçtərəfli görüş keçiriləcək.
Bu, Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin sayca üçüncü görüşüdür.
Qeyd edək ki, nazirlərin sonuncu görüşü 2013-cü ilin martında Batumidə keçirilmişdi.
11.35
Gəncədə Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin təkbətək görüşü başlayıb.
Teleqraf.com-un Gəncəyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, öncə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşüb. Daha sonra Elmar Məmmədyarov Gürcüstan xarici işlər naziri Maya Pancikidze ilə görüşəcək. Əhməd Davutoğlu və Maya Pancikidze ilə təkbətək görüşdən sonra nazirlərin üçtərəfli görüşü keçiriləcək.
Görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə ediləcək. Gəncə icra hakimiyyətinin başçısı qonaqlarla görüşəcək və birgə xatirə fotosu çəkiləcək. Jurnalistlər üçün mətbuat konfransı keçiriləcək.
10.40.
Türkiyə və Gürcüstan xarici işlər nazirləri Gəncədə
Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davutoğlu və Gürcüstan xarici işlər naziri Maya Pancikidze Gəncə şəhərinə gəliblər.
Teleqraf.com-un məlumatına görə, bu gün Gəncədə Azərbaycan
Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstan
xarici işlər naziri Maya Pancikidze və Türkiyə Respublikasının
xarici işlər naziri Əhməd Davutoğlunun iştirakı ilə üçtərəfli
görüşün keçirilməsi nəzərdə tutulub.
Görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq
məsələləri müzakirə ediləcək.
XİN mətbuat xidmətinin rəhbəri Elşad Abdullayevin verdiyi məlumata görə, ilk olaraq Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan xarici işlər nazirləri təkbətək görüçəcəklər. Daha sonra 3 tərəfli görüş olacaq. Bundan sonra Gəncə icra hakimiyyətinin başçısı qonaqlarla görüşəcək və birgə xatirə fotosu çəkiləcək.
Jurnalistlər üçün mətbuat konfransı keçiriləcək. Daha sonra Gürcüstanın Gəncədəki konsulluğunun açlışı olacaq.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR