Nida.az
Elmira Axundova “Bakcell”i məhkəməyə verir
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Elmira Axundova mobil operatorlarla bağlı ciddi tənqidi fikirlər işlədib.
Publika.az-ın məlumatına görə, yay vaxtına keçid haqqında danışan millət vəkili qeyd edib ki, bu, insan orqanizmi və səhhətinə mənfi təsir edir.
Deputat təklif edib ki, qış vaxtına keçəndən sonra ölkədə saatlar dəyişdirilməsin.
E.Axundova “Bakcell” şirkətini də ciddi tənqid edib: “Mənə gələn mesajı oxumaq istəyirəm. Bu mesajlar 10 minlərlə insana gəlir. Məndən xahiş ediblər ki, bu problemi Milli Məclisdə qaldırım. Mən bu məsələ ilə bağlı öncədən çıxış etmişəm və cənab sədr, siz məni dəstəkləmisiniz. Mən “Bakcell”dən xahiş və tələb erdirəm ki, bu mesajlara son qoysunlar, əhalinin cibini boşaltmasınlar. Əks halda, mən bu qurumu məhkəməyə verəcəyəm”.
Spiker Oqtay Əsədov isə bildirib ki, Milli Məclis “Reklam haqqında” qanunu müzakirə edəcək: “Fikrimcə, orada bu məsələni bir qədər də sərtləşdirmək lazımdır”.
Vasif Həsənli
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”