Nida.az
Ukraynanın çətin seçimi: Kiyev Bakı və Ankaraya qarşı çıxacaqmı?
Ötən həftənin sonu Ukrayna Ali Radasına qondarma “erməni soyqırımı”nın tanınması haqda sənədin təqdim olunduğu haqda məlumat yayıldı.
Məlumatlara görə, bu sənədi Ali Radaya deputat Vitali Barvinenko
təqdim edib.
Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov
Publika.az-a açıqlamasında belə bir sənədin Ali
Rada tərəfindən qəbul olunmasının mümkünsüz olduğunu bildirib:
“Bunun qəbul olunması ehtimalı sıfıra bərabərdir. Ukrayna heç vaxt
Azərbaycan və Türkiyə ilə münasibətləri pozacaq adım atmaz. Bu
sənəd ermənilər tərəfindən ələ alınmış bir deputat tərəfindən
hazırlanıb. Dünyanın müxtəlif yerlərində həmişə bəzi adamlar belə
qondarma məsələləri qaldırır. Lakin bu o demək deyil ki, həmin
məsələlər qəbul olunur. İndi də bu deputat belə bir sənədlə çıxış
edib və bu, elə təklif olaraq qalacaq”.
A. Gülməmmədov Ukrayna dövlətinin Ermənistana, erməni lobbisinə xoş
gəlmək üçün Bakı və Ankaranın gözündən düşəcək addım atmayacağını
diqqətə çatdırıb.
GUAM Ölkələri Jurnalistlərinin Araşdırma Mərkəzinin direktoru, uzun
müddət Ukrayna Ali Radasında aparıcı mütəxəssis olmuş Elxan Nuriyev
də Publika.az-a açıqlamasında qondarma “erməni
soyqırımı” haqda sənədin qəbul olunması ehtimalının sıfıra bərabər
olduğunu bildirib. Onun sözlərinə görə, bu sənədi təqdim edən
deputat şəxsi maraqları var: “Mən həmin şəxsi yaxından tanımıram.
Amma məlumatlar var ki, o, şəxsi maraqlara görə belə bir sənədlə
çıxış edib. Lakin belə bir sənədin qəbul olunması
qeyri-realdır”.
Asif Nərimanlı
-
Dəb22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin122:24
Tolik MTV-dən getdi
-
Magazin221:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin120:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO
-
Rəsmi xronika20:24
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - FOTO / YENİLƏNDİ
-
Magazin120:12
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ