Nida.az
İlham Əliyev Qazaxıstan Parlamenti Məclisinin sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
20-də Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan
Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli
münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğuladı.
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayev
ilə bu yaxınlarda Soçidə görüşünü məmnunluqla xatırladı.
Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə
olduğunu deyən dövlətimizin başçısı əməkdaşlığımızın daha da
möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd
edib.
Ölkələrimizin istər ikitərəfli formatda, istərsə də beynəlxalq
təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan
Prezident Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri
Nurlan Niqmatulinin ölkəmizə səfərinin münasibətlərimizin gələcəkdə
daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu
bildirib.
Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin Prezident
Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırdı.
O bildirdi ki, ölkəmizə səfərə gələrkən Qazaxıstan Prezidenti onu
şəxsən qəbul etdi və Prezident İlham Əliyevə ən səmimi arzularını,
möhkəm cansağlığı və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq
diləklərini çatdırmağı xahiş etdi. Parlament Məclisinin sədri
Nurlan Niqmatulin ölkələrimiz arasında əlaqələrin inkişafında
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Qazaxıstan
Prezidenti Nursultan Nazarbayev arasında dostluq münasibətlərinin
və qarşılıqlı hörmətin rolunu xüsusi vurğuladı. O, bu əlaqələrin
hazırda daha da genişləndirilməsində dövlətlərimizin başçıları
arasında səmimi dostluq münasibətlərinin önəmini vurğuladı. Nurlan
Niqmatulin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin məktubunu
dövlətimizin başçısına təqdim edib.
Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın bir sıra
sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Prezident Nursultan Nazarbayevin salamlarına
görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan
dövlətinin başçısına çatdırmağı xahiş edib.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı