Nida.az
Liviyanın parçalanma prosesinə son qoyulur?
Əlcəzair hökumətinin təşəbbüsü ilə Liviyanın bir-birinə qarşı silahlı mübarizə aparan tərəfləri arasında münaqişəyə son qoymaq üçün siyasi danışıqların növbəti mərhələsi keçirilib.
Publika.az ərəb mediasına istinadən xəbər verir
ki, Liviyada qarşıduran tərəfləri təmsil edənlərin iştirakı ilə
keçirilən görüşdə əsasən bu ölkənin tanınmış siyasi xadimləri və
cəmiyyətin müxtəlif qruplaşma və partiyalarından olan 21 nümayəndə,
eləcə də qonşu ölkələrin diplomatları, BMT-nin Liviya üzrə xüsusi
nümayəndəsi Bernardino Leon iştirak edib.
Danışıqlar gedişində iştirakçılar terrorçuluğa qarşı mübarizənin əhəmiyyətini xüsusi qeyd edərək xarici müdaxilənin yolverilməzliyini vurğulayıblar. Danışıqlarda keçid xarakterli milli birlik hökumətinin yaranması, yeni konstitusiyanın qəbulu, yeni hökumətin başçısı və onun müavininin kimliyi kimi məsələlər əsas müzakirə obyekti olub. Danışıqlarda tərəflər ixtilafın siyasi dialoq yolu ilə həllinə üstünlük verərək növbəti danışıqların proqramı barədə ümumi razılığa gəliblər.
Xatırladaq ki, Əlcəzair hökumətinin təşəbbüsü ilə Liviyanın bir
sıra siyasi partiyalarının və siyasi fəallarının iştirakı ilə ilk
görüş 10-11 mart tarixlərində paytaxt Əlcəzairdə keçirilib.
Bəllidir ki, Liviyada vətəndaş müharibəsi və kütləvi qətllərlə
müşahidə olmuş hakimiyyət dəyişikliyindən sonra ölkənin ərazi
bütövlüyünə böyük təhlükə yaranıb. Ayrı-ayrı regionların
muxtariyyət tələbi səsləndirilib. Hətta Liviyanın tarixi regionlar
üzrə parçalanacağı proqnozlaşdırılırdı. Əlcəzair hökumətinin
təşəbbüsü ilə baş tutmuş danışıqların iştirakçıları bu proqnozları
alt-üst edir.
Asif Nərimanlı
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun