Nida.az
İran parlamenti Xocalı soyqırımını müzakirəyə çıxarmağı planlaşdırır
İran parlamenti (İslami Şura Məclisi) Xocalı soyqırımını
müzakirəyə çıxartmağı planlaşdırır. Bunu Trend-ə açıqlamasında
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Xocalı soyqırımı ilə
bağlı fikirlərini bildirərkən deyib.
M.Pakayin qeyd edib ki, İran Azərbaycan xalqının Xocalı faciəsi ilə
bağlı acısını bölüşür. İran istənilən kəs və ya dövlət tərəfindən
törədilən istənilən qətliamı pisləyir.
O, əlavə edib ki, ötən il sentyabrın sonunda iki ölkənin
parlamentlərarası dostluq qrupu İslami Şura Məclisinin Xocalı
soyqırımına dair mövqe bildirməsi məqsədilə birgə məktub hazırlamaq
və onu İran parlamentinə təqdim etməklə bağlı razılığa
gəliblər.
M.Pakayin deyib ki, İran Dağlıq Qarabağ münaqişəsi məsələsinə
həssaslıqla yanaşır və regional münaqişələrin həllində kənardan
müdaxilələri qəbul etmir.
Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO