Nida.az
Daxili Qoşunlardan istefa verən xanım polkovnik danışdı - ÖZƏL
“Mən istefa verməmişəm, sadəcə tərxis olunmuşam. Amma götürüb
yazıblar ki, istefa verdi”. Bu barədə Daxili Qoşunların mətbuat
xidməti vəzifəsindən gedən Təranə Məmmədova Publika.Az -a açıqlamasında bildirib. T.
Məmmədova deyib ki, 21 il Daxili Qoşunlarda xidmət edib: “Daha
bəsdir deyə düşünürəm. İndi daha rahat işdə çalışmaq
istəyirəm”.
T. Məmmədova qeyd edib ki, işdən getməsini özü istəyib. “Öz istəyimlə ərizəmi yazmışam və tərxs olunmuşam. Tərxis olunmağımla bağlı əmr verilib. Guya mənim nəyəsə görə getdiyim haqqında gəzən söhbətlər boş şeylərdir. Mən kiməsə görə işdən getməmişəm, sadəcə vaxt tamam olub, tərxis olunmuşam. Daxili Qoşunların yeni komandanı ilə 21 il bir yerdə işləmişəm. Orda çox gözəl kollektiv var. Məni də böyük hörmətlə yola çaldılar”-deyə o bildirib.
Qeyd edib ki, bir aylıq məzuniyyətə çıxıbmış, bir neçə gündür
məzuniyyəti başa çatıb: “Yeni işim də olacaq. Amma tam tərxis
olunmadan açıqlamaq istəmirəm. Yaxın günlərdə yeni işim məlum
olacaq, o zaman açıqlayacam”.
Asif
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO