Nida.az
“Biz bu sınaqlardan çox çıxmışıq”
"Biz bu sınaqlardan çox çıxmışıq, əslində bundan da narahat olmağa heç bir əsas yoxdur".
Publika.az-ın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniyaya münasibət bildirərkən söyləyib.
Z.Əsgərov qeyd edib ki, "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində də bəzi xarici mətbuat, bəzi QHT-lər və sapı özümüzdən olan baltalar çox çalışdılar ki, bu yarışmaya kölgə salsınlar, Azərbaycanın imicinə xələl gətirsinlər, amma heç nə alınmadı:
"İndi yenə başlayıblar, eyni sözlər deyilir, heç bir mənası, mənəvi, siyasi, hüquqi əsası olmayan bəyanatlar verirlər. Amma Azərbaycanın inkişafı göz qabağındadır, biz ilk Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşırıq və bu Oyunları çox yüksək səviyyədə keçirəcəyik.
Bəzi Avropa QHT-ləri, özlərini insan haqlarının müdafiəçiləri adlandıran şəxslər niyə bir dəfə Xocalı soyqırımı haqqında bir bəyanat vermirlər? Ermənilər Azərbaycan ərazisində 30-dan artıq terror aktı törədiblər, niyə həmin şəxslər bu barədə danışmırlar? Niyə Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkün haqqında danışmırlar? Amma hansısa bir cinayətkar haqqında o saat əldə bayraq tuturlar. Görün burada nə qədər ikili, üçlü standartlar var. Hər bir Azərbaycan vətəndaşı belə təxribatlara qarşı ayıq-sayıq olmalıdır".
Vasif Həsənli
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO