Nida.az
Kürşad Zorlu: “Erməni iddiaları ilə Xocalı soyqırımını ayıranda 1:0 geridə qalırıq”
“1915-ci ildə baş verən olayları bir dövlətin varlıq və yoxluq mübarizəsi zamanı düşmən tərəfində yer alan separatçılara qarşı gördüyü tədbirlər nəticəsində baş verib”.
Bunu Publika.az-a açıqlamasında Türkiyənin Ahi Evran
Universitetinin Politologiya və İctimai İdarəçilik kafedrasının
müdiri,Doç.Dr. Kürşad Zorlu deyib.
“Ermənilər Osmanlını imperialist güclərlə işbirliyinə
girərək parçalamaq istəyiblər”
Onun sözlərinə görə, bu məsələdə tarixçilərin söyləyəcəyi çox
şeylər var: “Bu gün 1915-ci il olaylarını öz məcrasından çıxaran
ölkələrin diplomatik əlaqələrində siyasi alət olaraq istifadə
etdiyi bir məzmuna bürünüb. Əslində nə baş verib? Bir müddət sadiq
millət kimi tanınan və hətta dövlətin xəzinəsinin açarının etibar
edildiyi insanların içindən xain əməlləri olan bir qrup insan və
təşkilatlar çıxıb. Onlar Osmanlını başda ruslar və ingilislər
olmaqla imperialist güclərlə işbirliyinə girərək parçalamaq
istəyiblər. Onsuz da 24 aprellə “Sövq qanununun” (tehcir də deyilir
-red) çıxarıldığı tarix fərqlidir. Bu mənada “1915-ci il olayları”
dövləti bölmək və parçalamaq istəyən təşkilat və şəxslərə qarşı
mücadilənin səbəbindən doğan nəticələrlə birlikdə
dəyərləndirilməlidir. Bu məsələ Türkiyənin Avropa Birliyi məcrasına
girdiyi vaxtdan bu yana ölkəmizin qarşısında qoyulan bir bəhanədir.
Təbii ki, məsələ daxili siyasətlə əlaqələri olduğu üçün diplomatik
təzyiqlər bəzi problemləri də özü ilə gətirir”.
“Erməni soyqırımı” iddiaları ilə Xocalı soyqırımını
ayırdığımız anda mübarizəyə 1:0 məğlub kimi
başlayırıq”
K. Zorlu Türkiyənin “bu işi tarixçilərlə birgə həll edək”
yanaşmasının doğru olduğunu bildirib: “Lakin artıq müdafiədən çıxıb
qol vurmaq zamanı gəlibdir. Papanın “soyqırım” ifadəsini işlətməsi
bir teatrın davamıdır. Türkiyəni sosial-psixoloji olaraq
yumşaltmağa, zəiflətməyə hesablanan bir siyasətdir. Bu gün “məğlub
olacaqsınız” deyərək sürətli tanınmalarla türk millətinin mübarizə
əzmini qırmaq istəyirlər. Hər zaman dediyimiz kimi, Türkiyənin
məsələni tarixçilərin araşdırmasını irəli sürdüyü mövqeyi doğrudur.
Lakin “erməni soyqırımı” iddiaları ilə Xocalı soyqırımı ayrılmaz
bir bütövdür. Bunu ayırdığımız anda mübarizəyə 1:0 məğlub kimi
başlayırıq. Türkiyə bu istiqamətdə öz mövqelərini ortaya qoyarkən,
ictimai diplomatiya və buna uyğun vasitələri hərəkətə keçirməkdən
çəkinməməlidir. Avropa Parlamentinin 1915-ci il olayları ilə bağlı
səs çoxluğu ilə qəbul etdiyi qərar Türkiyə üçün o qədər də önəmli
deyil.
Lakin Avropa Birliyinin əksər qisminin ideologiya baxımından Türkiyəyə yanaşması bəllidir. Buna görə də qarşıdakı dövrdə qondarma “erməni soyqırımını” daha əvvəl qəbul edən 11 Avropa Birliyi ölkəsindən savayı, digər yerlərdən gələcək həmlələrə hazır olmalıyıq. Bu məsələdə siyasətçilərin açıqlamaları önəmlidir. Lakin daha önəmli olan bu açıqlamalar üzərində dinamik, proaktiv və lazımi yollarla mücadilə edə biləcək bir ictimai diplomatiya siyasəti aparılmalıdır. Bununla yanaşı, siyasi istiqamət müəyyən edilsə belə, bunun gerçəkləşməsi üçün müəyyən bir büdcəyə ehtiyac var.
Misal üçün, Papa Fransiskin “soyqırımı” iddialarına dəstək verən açıqlama verməklə Vatikan bankına 25 milyard dollar gəlir gətirdiyi haqda xəbərlər var. Nə qədər doğru olduğu dəqiq deyil. Lakin tarix boyu soyqırımlar törətmiş xaçlı zehniyyətinin daha öncə də bu tip sknadallara imza atdığı məlumdur. Yəni bir milyarddan çox insanın ruhani lideri olan Papanın sözü erməni diasporu üçün böyük uğurdur”.
Asif Nərimanlı
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim