Nida.az
Etibar Məmmədov: “Bu, qardaş qırğını ilə müşahidə olunan müharibələrə səbəb olur”
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Məmmədov aprelin 25-26-da Kiyevdə Ukraynanın “Partiot” partiyasının qurultayında iştirak edib.
Publika.az xəbər verir ki, Etibar Məmmədov
qurultayda çıxışı zamanı bildirib ki, milli, tarixi və əxlaqi
dəyərlərdən yayınmaq bir çox dövlətlərin, millətlərin zəifləməsinə,
müstəqilliyinin itirilməsinə, qardaş qırğını ilə müşahidə olunan
müharibələrə gətirib çıxarıb: “Effektli dəyişikliklər etmək üçün
partiyanın hər bir üzvünün vətənpərvər olması vacibdir. Yalnız
Ukraynanın əsl vətənpərvərləri hər bir əzaba dözüb ölkəni bugünkü
çətin vəziyyətdən çıxara bilər. Siz həqiqətən də bu istiqamətdə
doğru yol tutan partiyasınız və düzgün düşünürsünüz ki, Ukrayna
özünün tarixi kökləri, qədim adət-ənənələri olan bir Avropa
dövlətidir. Bu qurultayda iştirak edərək əmin oldum ki, bu zalda
həm adına, həm də mahiyyətinə görə Ukraynanın əsl vətənpərvərləri
cəmləşiblər. İcazə verin, AMİP və Beynəlxalq Demokrat İttifaqı
adından partiyanızın həyatında əlamətdar hadisə olan qurultayınızın
keçirilməsi münasibəti ilə təbrik edim və partiyanın sədrinə bütün
üzvlərinə qarşılarına qoyduqları məqsədlərinə çatmaqda uğurlar
arzulayıram”.
“Patriot” partiyasının sədri Mikola Yaroslavoviç Qolomşa təbrikə
görə E. Məmmədova təşəkkür edib: “Partiyalarımız arasında istər
ikitərəfli, itərsə də gələcəkdə beynəlxalq təşkilatlar çərçivəsində
uğurlu əməkdaşlığımız davam edəcək”.
Qeyd edək ki, E.Məmmədovu Kiyev səfərində AMİP beynəlxalq əlaqələr katibi Elşən Mustafayev müşayiət edib.
Asif Nərimanlı
-
İdman14:32
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi - FOTO
-
Magazin113:49
Müğənninin oğlunun öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO/YENİLƏNDİ
-
Magazin113:01
Nərmin Edisin mahnısına elə rəqs etdi ki... - VİDEO
-
Ekologiya12:35
Sabahın havası: yağış, duman, qar...
-
İdman11:23
Bir oyunda 2 rekord: Messi heyrətləndirir – VİDEO
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO