Nida.az
Novruz Məmmədov: “Bizi daim təzyiq altında saxlamağa çalışırlar”
"Beynəlxalq münasibətlərdə ən böyük böhran ədalət böhranıdır. Ədalət yoxdur".
Trend xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu gün Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda “Avropa İttifaqı və onun qonşuluq siyasəti” mövzusuna həsr edilmiş paneldə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu gün dünyada müharibə ab-havası var: "Biz həm də gərək özümüzdən soruşaq. Nə üçün belə qısa müddətdə belə bir ab-hava özünü göstərir? 20-25 il ərzində beynəlxalq aləmdə beynəlxalq hüququn norma və prinsipləri yox, böyük dövlətlərin iqtisadi, siyasi, geosiyasi maraqlarının ortaya qoyulması belə bir vəziyyətə gətirib çıxardı. Əvvəllər dünyada 10-a yaxın qaynar nöqtə var idi. Bu gün isə 50-yə yaxındır. Bu elə-belə baş vermir”.
N.Məmmədov qeyd edib ki, geosiyasi oyunların nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olundu, Dağlıq Qarabağ problemi ortaya çıxdı: "Lakin bu vaxta qədər beynəlxalq hüquqa əsaslanan fikir söylənilmir. Bu məsələ ATƏT-in Minsk Qrupunun monopoliyasına çevrilib. Bilə-bilə ki, Minsk Qrupu bu problemi həll edə bilməz”.
PA rəsmisinin fikrincə, vaxtilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərar olsa idi, ondan sonrakı münaqişələr də olmazdı.
-
İKT06:16
"Telegram"dan MÖHTƏŞƏM YENİLİK: "Bu ayın sonunda..."
-
İdman04:44
Türkiyənin məşhur klubu Mourinyo ilə danışıqlara başladı
-
Magazin104:14
Günel Zeynalovanın yeni biznesi: "Kimyaçı oldum" - FOTO
-
İKT03:50
Həkimlərin ağlına süni intellekt "calanacaq" - Yeni texnologiya
-
İdman02:12
Azərbaycanlı MMA döyüşçüsü Həbibin qohumunu nokaut etdi - ANBAAN VİDEO
-
Sosial01:11
Düyü yenidən bahalaşa bilər
-
Qoroskop00:15
Günün ULDUZ FALI: işlərin gedişatı sizi narazı sala bilər
-
Sosial18 May 23:36
"Rossiya-24"ün Laçınla bağlı xüsusi REPORTAJI: "Artıq bu ərazilər tam təhlükəsizdir" - VİDEO