Nida.az
Bakı və Moskva İŞİD təhlükəsinə qarşı birləşir
“Azərbaycan bir neçə səbəbə görə KTMT-yə qoşulmayıb. Lakin onun Rusiya və Qazaxıstanla təhlükəsizlik sahəsində əməkdaşlığı davam edir. Bundan başqa, Rusiya Azərbaycan üçün Türkiyə kimi strateji tərəfdaşdır”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı
analitik Vitali Arkov Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay
Patruşevin Azərbaycana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycana qarşı hər hansı təcavüz
proqnozlaşdırılmır: “Lakin bu, həmişə aktualdır. Beynəlxalq
terrorizm Azərbaycan və regionun bütün dövlətləri üçün təhlükə
yaradır. Xüsusilə İŞİD təhlükəsi aktual olaraq qalır. Bu qruplaşma
daxilində Azərbaycan vətəndaşlarının hələ də döyüşməsi təhlükə
ehtimalını artırır”.
V. Arkov Rusiya KİV-lərində yayılan bir məlumata da diqqət
çəkib.
“Məlumatlar yayıldı ki, İŞİD Türkiyə və Azərbaycana hücum etmək və
bu ölkədə xilafətlər qurmaq istəyir. Bunun nə qədər doğru məlumat
olduğunu deyə bilmərik. Amma təhlükənin aktual olduğu faktdır. İŞİD
Azərbaycanla yanaşı, Rusiyanı da təhdid edir. Onun emissarları bu
gün Şimali Qafqazda peyda olur. Həmçinin Tatarıstan və Moskvada 2
milyondan çox müsəlman yaşayır. Güman ki, onlar arasında da İŞİD-i
dəstəkləyən radikallar mövcuddur. İŞİD təhlükəsinə qarşı mübarizə
yalnız səyləri birləşdirməklə mümkündür. Azərbaycan və Rusiya bu
intensiv şəkildə məsləhətləşmələr aparır”, - deyə o qeyd edib.
Rusiyalı analitik dövlət təhlükəsizliyini təkcə radikal
qruplaşmalar yox, “rəngli inqilab”ların da təhdid etdiyini
bildirib: “Rusiyaya qarşı belə cəhdlər olub. Son illər Bakıda da
dəfələrlə bu tipli addımlar atılıb. Lakin xalqın seçdiyi hökuməti
yerindən oynatmaq asan məsələ deyil”.
Asif Nərimanlı
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR