Nida.az
Aleksandr Karpoviç: “I Avropa Oyunlarında könüllü olmaqdan xoşbəxtəm”
“I Avropa Oyunlarının Bakıda keçirilməsini çox yüksək qiymətləndirirəm. Bu oyunların könüllüsü olduğuma görə özümü xoşbəxt hesab edirəm”.
Bunu Publika.az-a açıqlamasında belaruslu könüllü
və fotoqraf Aleksandr Karpoviç deyib.
Onun sözlərinə görə, “Bakı - 2015” haqda ətraflı məlumatı “Addım”
Gənclər Təşkilatından əldə edib: “Belə bir tədbirin Azərbaycanda
keçirilməsinə sevindim. Hesab edirəm ki, dünyada keçirilən
istənilən idman tədbiri əhəmiyyətlidir. Bu səbəbdən də Azərbaycanda
keçiriləcək ilk Avropa Oyunlarını yüksək qiymətləndirirəm”.
A. Karpoviç artıq Bakıda olduğunu və şəhərin gözəl arxitekturaya
malik olduğunu bildirib.
“İlk dəfədir ki, Azərbaycanda oluram. Artıq iki gündür şəhəri
gəzirəm və deyə bilərəm ki, Bakı çox gözəl şəhərdir. Burada
insanlar çox səmimidir. Bir fotoqraf kimi deyə bilərəm ki, şəhərin
vizual görünüşü, insanlarda olan ruh yüksəkliyi mənə çox yüksək
təsir bağışladı. Hesab edirəm ki, növbəti günlərdə ölkənizlə daha
yaxından tanış olmaq imkanım olacaq”, - deyə o qeyd edib.
Asif Nərimanlı
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO