Nida.az
“Rusiya neft üçün Azərbaycanı qarışdıra...” – ŞOK İDDİA
“Foreign Policy” nəşri Rusiyanın öz iqtisadi dirçəlişini yüksəltmək üçün bir neçə addım ata biləcəyindən yazıb. Nəşr bu versiyalardan biri kimi Moskvanın Azərbaycanda stabilliyi pozması fikrini də irəli sürüb.
Publika.az xəbər verir ki, ABŞ nəşri Ukraynadan
sonra Rusiya iqtisadiyyatının uçuruma yuvarlandığını bildirib:
“Qərb Rusiyanı küncə qısnamaq üçün neftin qiymətini aşağı saldı.
Hansı ki, bu ölkənin iqtisadiyyatının onurğa sütununu məhz neft
gəlirləri təşkil edir. Hazırda Rusiyanın xarici borcu 15 faiz
olmaqla o qədər də böyük deyil. Lakin ümumdaxili məhsul azalıb,
ixrac və idxal problemləri yaşayır. Belə olduğu vəziyyətdə
Rusiyanın geri çəkiləcəyini düşünmək sadəlövh görünür. Çünki Moskva
indiyə qədər dirəniş göstərir və Qərbin ona qarşı hücumuna müxtəlif
variantlarla cavab verir”.
Nəşr yazır ki, Kremlin beyin mərkəzləri iqtisadiyyatın uçurumdan
çıxarılmasını neft qiymətlərinin qalxmasında görürlər: “Neft
qiymətinin qalxması üçün onların bir neçə ssenarisi var.
“Altılıq” danışıqlarını sabotaj etmək:
2006-cı ildən bəri Rusiya İranın nüvə problemi ilə bağlı “altılıq”
ölkələrinin danışıqlarında mərkəz rolunu oynayıb. Buna baxmayaraq,
o, ikili oyun oynayıb. Kreml İranla Qərb arasındakı gərginlikdən öz
marağı üçün istifadə edirdi. İndi neft qiymətinin artması üçün
Moskva həmin danışıqları sabotaj edə və hər şeyi yenidən başa
döndərə bilər. İranla müharibə başlasa, bu, hazırkı məqamda
Rusiyanın xeyrinədir. Bu, olduqca az ehtimal olunan məsələdir,
lakin neftin qiymətinə təsir edəcək əsas amillərdəndir.
Neft istehsalı olan kiçik ölkələrdə stabilliyi
pozmaq:
Neft istehsal edən kiçik ölkələrdə stabilliyi pozan hərəkətlər etməklə də qiymətlərə təsir etmək mümkündür. Hətta bu ölkələri istehsal etdiyi neft dünya bazarında kiçik paya sahib olsa belə, bu, qiymətlərə təsirsiz ötüşməyəcək. Bura Venesuela, İraq, Nigeriya, Əlcəzair, Azərbaycan, Qazaxıstan və Meksika daxildir. Bu, sonuncu versiyadır, lakin həmişə gündəmdə olaraq qalır. Rusiya bu ölkələrdə stabilliyi pozmaq istəyə bilər.
Digər ssenari Bakı-Subsa boru kəməri və Bakı-Ceyhan kəmərinin hədəfə alınmasıdır. Rusiya Gürcüstana müdaxilə etmək təcrübəsinə sahibdir. Yəni Moskva Gürcüstana girərək bu kəmərlərin axınını dayandıra və qiymətləri qaldıra bilər.
Hörmüz boğazının bağlanması, yaxud İŞİD-i Səudiyyəyə qarşı qaldırmaq:
Variantlar arasında Səudiyyə Ərəbistanında vəziyyəti nəzarətdən çıxarmaq və Hörmüz boğazını qısa müddətə olsa da bağlamaq ssenarisi də var. Bu çətin görünsə də, Moskva müxtəlif yollarla buna nail olmağa cəhd edə bilər. Misal üçün, Yəməndəki şiə azlığının narazılığından istifadə edə bilər. Çünki Rusiya separatizm ənənələrinə sahibdir. O, Dağlıq Qarabağda, Cənubi Osetiya və Abxaziyada, eləcə də Ukraynada üsyançıları silahlandırıb.
Bununla yanaşı, masada son versiya kimi İŞİD-ə dəstək də var. Çünki
İŞİD Səudiyyə Ərəbistanındakı monarxiyanı devirmək istəyir. Rusiya
dəstək verərək, onu Səudiyyənin üzərinə qaldıra bilər”, - “Foreign
Policy” yazır.
Asif Nərimanlı
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI