Nida.az
Tikinti qaydaları dəyişdirildi
Azərbaycan Prezidenti İlham Əliyev Şəhərsalma və Tikinti
Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu təsdiq
edib.
Məcəlləyə edilən dəyişikliyə əsasən, tikintiyə dair sənədlərin
tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı
tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və
müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına
uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi
üçün sorğu göndərir. Həmin sorğuya 1 ay müddətində yox 15 gün
müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti
qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti
orqanı iradların olmaması prezumpsiyasından çıxış edir (75.4-cü
maddə).
Eyni zamanda Məcəlləyə edilən dəyişikliyə əsasən 80.1-1-ci maddə
əlavə edilib. Bu maddədə qeyd edilir ki, insanların yaşaması və
toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün
nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər
mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən
və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti
obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata
keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma
bölməsinin hazırlanması tələb olunur.
Məcəllənin 75.6-cı maddəsinə edilən dəyişikliyə görə isə,
müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş
rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1
ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay
müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə
verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
75.1-ci maddəyə edilən əlavəyə görə, barəsində icazə tələb
olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin
tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı
tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq
tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir.
Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə
verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən
ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı
müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə
tikinti aparılmasının əsas şərtlərinəəsasən yoxlanılır.
80.3-cü maddədə edilən əlavəyə görə, barəsində məlumatlandırma
icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin
memarlıq-planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl
planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və
ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə
tutulan tikinti obyektinin tikinti layihəsinin
memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə
(Şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi), o cümlədən
ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı
müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə
tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.
80.4-cü maddəyə edilən dəyişkliyə görə, sifarişçi tikintiyə
başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti
orqanına məlumat verir və yaşayış evinin layihəsinin
memarlıq-planlaşdırma bölməsini bu Məcəllənin 80.1-ci və 80.3-cü
maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması
üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı
tərəfindən 1 ay müddətində (əvvəlki məcəllədə 3 ay göstərilirdi)
layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi
tikinti işlərinə başlaya bilər.
82.2-ci maddəyə edilən dəyişikliyə görə, məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində (əvvəlki məcəllədə 3 ay qeyd olunurdu) tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. (AZƏRTAC)
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı