Nida.az
Ədliyyə Nazirliyi Qubad İbadoğluna yox dedi
Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyinin qeydiyyatla bağlı təqdim etdiyi sənədləri geri qaytarıb.
Publika.az xəbər verir ki, bu barədə Qubad
İbadoğlunun özü bildirib.
Onun sözlərinə görə, ADR hərəkatının dövlət qeydiyyatı ilə bağlı
sənədlərini “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və
fondlar) haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının Qanunlarının
tələblərinə uyğun surətdə hazırlanaraq Ədliyyə Nazırliyinə təqdim
edilib.
Ədliyyə Nazirliyi ADR Hərəkatını qeydiyyata almaqdan imtina edib
və bəzi texniki iradlarla sənədləri geri qaytarıb. Həmin iradlar
nəzərə alınmaqla ADR Hərəkatının sənədlərini yaxın günlərdə yenidən
qeydiyyata təqdim edəcək. Müsavat Partiyası başqanlığına sabiq
namizəd Qubad İbadoğlu və tərəfdarları “Azərbaycan Demokratiya və
Rifah” (ADR) Hərəkatının yaradılması haqqında 2014-cü il dekabrın
4-də bəyannamə yayıb. 2015-ci il fevralın 21-də təsis konfransı
keçirilib.
Bəyannamədə bildirilir ki, yeni yaradılan hərəkatın məqsədi
Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq
hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını
təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin
qurulmasına töhfə verməkdir.
Asif Nərimanlı
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO
-
Dünya08:10
Zelenski onu vəzifəsindən azad etdi
-
Magazin205:45
Sevgili olduqları deyilirdi: Buse Meraldan Aras Bulutla bağlı AÇIQLAMA
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi