Nida.az
İlham Əliyev İraqın neft nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də İraqın neft naziri Adil Əbdülmehdinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev əməkdaşlığımızın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı enerji sahəsində əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsinin zəruriliyini vurğuladı.
Ölkəsinin Azərbaycan ilə dost münasibətdə olduğunu deyən İraqın neft naziri Adil Əbdülmehdi əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən neft-qaz və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdırdı.
Görüşdə bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İraqın Neft Nazirliyi arasında imzalanan memorandumun energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından önəmi qeyd olundu.
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim