Nida.az
Avropa Bilriyi: “Bunun üçün Azərbaycandan dəstək gözləmirik”
Avropa Birliyi “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçılarından qurumun xarici siyasətinə dəstək gözləmir.
Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa Birliyinin ABŞ-dakı səfiri Devid O'Sallivan bildirib.
“Avropa Biriliyi “Şərq Tərəfdaşlığı”na daxil olan ölkələrdən Rusiya ilə bağlı sanksiyaların dəstəklənməsini tələb etməyəcək. Biz bu dəstəyi Avropa Birliyinə üzvlüyə namizəd ölkələrdən gözləyirik”, - o vurğulayıb.
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” Proqramı Avropa Birliyinin qonşuluq siyasəti çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə münasibətlərinin yaxşılaşdırlmasına yönəldilən təşəbbüsdür. Təşəbbüsün müəllifləri Polşa və İsveçdir. “Şərq Tərəfdaşlığı" Proqramına Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistan daxildir.
“Şərq Tərəfdaşlığı” Avropa Birliyinə üzvlük imkanlarını nəzərdə tutmur, proqramın əsas hədəfi adıçəkilən ölkələrlə siyasi və iqtisadi inteqrasiyadır. Gürcüstan, Ukrayna, Moldova ötən il Avropa Birliyi ilə assosiasiya haqqında razılaşmanı imzalayıb. Ermənistan və Belarus isə Avrasiya İqtisadi İttifaqının üzvüdür.
Ömər Dağlı
-
Magazin123:03
Vasif Məhərrəmli plastik əməliyyatla üzünü DƏYİŞDİRDİ - FOTO
-
Dünya21:25
Baş naziri güllələyən yazıçının oğlundan ETİRAF
-
Magazin120:05
Çingiz Mustafayevin toyu olacaq
-
Dünya19:20
Slovakiya Baş nazirinə sui-qəsd edən şəxs yazıçı imiş - YENİLƏNDİ
-
Ekologiya18:30
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
-
Kriminal17:24
Gözəllik salonunda işləyən qadınların başına taksidə görün nə iş gəldi: Biri öldü - VİDEO
-
Sosial17:00
Erməni separatçıların həbs müddəti uzadıldı
-
Dünya16:30
4 gün iş, 3 gün tətil: Milyonlarla işçinin həyatı dəyişəcək