Nida.az
Siyavuş Novruzov: “Əli Kərimli mühacirətə getmək istəyənlər üçün möhür vurmaqla məşğuldur”
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat Partiyasının saxta mühacir qalmaqalı məsələsinə münasibət bildirib.
S.Novruzov Publika.az-a açıqlamasında deyib ki, bir qrup adam yalandan jurnalist, yazıçı, şair və sairə adlar götürərək, guya ona qarşı təzyiqlər olduğunu bildirir və mühacirətə getmək üçün Müsavat partiyasından saxta üzvlük sənədləri alırlar. Onun sözlərinə görə, həmin adamlar əslində heç bir siyasi partiyanın üzvü olmayıb: “Müsavat heç bir siyasi partiyanın üzvü olmayan və orada fəaliyyət göstərməyən, özünə asan vəsait və iş yeri axtaran adamlar üçün müəyyən vəsait müqabilində saxta sənədlər hazırlayıb yola salıb. Bu cür sənədlər alaraq, pul üçün xaricə gedənlərin sayı kifayət qədərdir”.
Bu cür halların Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) daha çox olduğunu vurğulayan S.Novruzov qeyd edib ki, mühacirət üçün AXCP-dən saxta sənəd alan insanların sayı kifayət qədərdir: “Təsəvvür edin ki, bu gün klassik cəbhəçilər kənarda qalıb, ancaq Əli Kərimli mühacirətə getmək istəyənlər üçün saxta sənədlərə möhür vurmaqla məşğuldur.
Azərbaycan ictimaiyyəti bütün bunları yaxşı bilir. Ümumiyyətlə, gedib küçədə hər hansı bir sorğu keçirin, görün AXCP-nin üzv adı ilə mühacirətə getmiş adamlar haqqında Azərbaycan əhalisi hər hansı məlumata malikdirmi? İnandırım ki, Azərbaycan ictimaiyyəti heç onlar haqqında bir kəlmə də bilməyəcək. Çünki onlar asan var-dövlət əldə etmək və siyasi sığınacaq almaq məqsədilə bu yolu tutublar. Onları cəmiyyətdə heç kəs tanımır. Həmin adamlar guya təzyiqlərə məruz qalmaları barədə saxta sənədlər hazırlayıb, xaricə qaçırlar”.
Vasif Həsənli
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb