Nida.az
Bloqer Mehman Hüseynovun növbəti çirkabları - FOTO
Azərbaycanlı qrant qəhrəmanlarından biri Emin Hüseynovun Mehman adlı bir bloqer qardaşı var.
Bax bu adam yenə də özünün ucuz orijinallığı ilə seçilib. Facebook səhifəsində foto paylaşıb. Britaniyalı idmançılarla fotosunu paylaşan bloqer qeyd edib ki, guya Bakıya gələnlər peşəkar idmançılar deyil, məktəblilərdir.
Sən demə, Mehman Hüseynovun sözlərinə görə, fərəhlə qucaqlaşdığı ingiltərəli idmançılar İngiltərənin Boks Federasiyasından olan peşəkar boksçular deyil, həvəskar seksiyadan olan məktəblilərdir. Direktorları onlara bizim ölkəmizin hesabına Azərbaycanda 21 günlük cənnət vəd edib.
Mehmanın "məktəbli" adlandırdığı həmin onlar - baxın.
"Hər şey ödənilib, uşaqlar. Ancaq görüntü üçün siz dalaşmalı olacaqsınız. Bax beləcə uşaqlar qeyri-peşəkarlar və təsadüfi adamlardan başqa heç kimin gəlmədiyi bizim Avropa Oyunlarımız hesabına kef edirlər".
Bəli, Mehmanın fantaziyası genişdir. Buna söz ola bilməz. Ancaq gizlin olan hər şey əvvəl-axır üzə çıxır.
Biz Mehmanın "məktəbli" adlandırdığı idmançıları araşdırdıq. Avropa Oyunlarının rəsmi saytında həmin fotodakı Qais Aşfaq (22 yaş) və Harvey Orn (19 yaş) barədə məlumat var. Onların yaşından da görünür ki, heç də məktəbli deyillər.
Yəni, mənəvi cəhətdən çirkin olan bu insan nəyin bahasına olur-olsun fərqlənməq istəyib. Bilirsiniz, Mehman Hüseynov yazıçı Bulqakovun məşhur Şarikov personajını xatırladır. Şarikovlar şərəf və ləyaqət hissindən uzaq olan adamlardır. Bu cür tullantılar, yəqin ki, bütün cəmiyyətlərdə mövcuddur. Ancaq bizim cəmiyyətdə Mehman kimilər yüksək vəziyyətə iddia edirlər. Bütün növ bloqlar sayəsində axmaq fikirlərini camaatın beyninə yeritmək istəyirlər.
Əlil arabası məsələsində onun necə qalmaqal yaratdığı, yəqin ki, yadınızdadır. Bu adam o qədər irəli gedib ki, Sumqayıtdan olan əlili Qarabağ veteranı kimi təqdim edirdi. Avtobus sürücüsünü də veterana yardım etməməkdə günahlandırırdı. Necə də aciz və çirkin əməldir. Özünün cılız məqsədlərinə çatmaq üçün heç nədən çəkinmir.
İndi də, görünür, Hüseynovun yiyələri Avropa Oyunlarının ləkələmək göstərişi veriblər ona. Ancaq unudur ki, onun daha güclü yiyələrinin bacarmadığını şarikovlar çətin ki bacaralar. Bu adamlar öz vicdanlarını və ən əsası, ağıllarını çoxdan itiriblər. Xəstələrdən küsməzlər.
Milli.Az
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO