Nida.az
"Krımdakı hərbi addımlar Rusiyanın Qarabağ diplomatiyasına zərbə vurur” - Amerikalı diplomat
Azadlıq Radiosu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçdən (1994-1997) Kremlin Ukraynadakı son addımlarının Cənubi Qafqaza necə təsir edə biləcəyini soruşub. Publika.Az həmin müsahibəsini təqdim edir.
-Sizcə, Ukrayna hadisələrindən sonra Qərb Rusiya və
ATƏT-in Minsk qrupu ilə bağlı nələr etməlidir?
-Qərb Rusiya qoşunlarının Krıma yeridilməsi və
Rusiyanın Krımın birtərəfli şəkildə Ukraynadan ayrılmasına dəstək
verməsinə sərt cavab verməlidir. ABŞ və Avropa İttifaqının bu
məsələdə əməkdaşlığı və birliyi həmin cavabın effektiv olması üçün
mühümdür. İndiki şəriatdə Rusiya ilə hansı məsələlərdə əməkdaşlığın
münasib olub-olmaması məsələsinə gəldikdə, məncə, yenidən baxılası
məsələlərdən biri də Rusiyanın ATƏT-in Minsk qrupundakı rolu
olmalıdır. 2008-ci ildə Gürcüstanda olduğu kimi, indi Ukraynada da
Rusiya birtərəfli şəkildə hərbi müdaxilə yolunu seçib – həmsərhəd
olduğu regionlarla bağlı məsələlərdə beynəlxalq diplomatik
əməkdaşlığı seçmək əvəzinə. Bu belə bir məsələni aktuallaşdırır ki,
Rusiya ATƏT-in Minsk qrupunda müsbət rol oynaya bilərmi? Axı Rusiya
nəinki ABŞ və AB-nin Ukrayna məsələsində əməkdaşlıq təkliflərini
rədd edib, hətta ATƏT-in orada müşahidə missiyası yerinə
yetirməsinin qarşısını alıb.
-Bu məsələdə Azərbaycan üçün daha nələr narahatlıq
mənbəyi sayıla bilər?
-Azərbaycan ötən payızda Avropa İttifaqının Şərqi
Tərəfdaşlıq təşəbbüsünə qoşulmaq niyyətini açıq bəyan etmək
imkanını əldən verdi. Bu “neytral” mövqeyi onu Avrasiya Birliyinə
qoşulmaqla bağlı Rusiyadan edilən təzyiqlər qarşısında daha da
zəiflətdi.
Bundan əlavə son günlərdə Putin Rusiyanın Krıma hərbi müdaxiləsi
üçün bir sıra prinsiplər elan edib. Onun mətbuat konfransında
dediyi sözlərdən biri də o oldu ki, yalnız regionun öz əhalisi öz
gələcəyini müəyyən etmək haqqına malikdir.
-Əgər Krımdakı referendum keçirilərsə və onun nəticələri
əsasında – yalnız Krımda yaşayanlar səs verə bilər – Krımdakı
hakimiyyət ya müstəqilliyini elan edərsə, ya da Rusiyaya birləşmək
istəyini bildirərsə, onda nə baş verəcək? Bu, Dağlıq Qarabağ üçün
necə bir presedent olacaq?
-Rusiya bununla bir nümunə göstərir ki, Dağlıq
Qarabağdakı hakimiyyət də öz referendumunu keçirə, ya müstəqil ola,
ya da Ermənistana birləşə bilər.
-
Nida Xəbər 11:00
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - AÇIQLAMA
-
Sosial10:50
“Bakı marafonu 2024”ə start verildi
-
Magazin109:00
Aygün Kazımovanın qızının yeni görüntüləri yayıldı - FOTO
-
Magazin207:30
İllərlə GİZLƏDİLƏN GÖZƏL: bu dəfə rus dizaynerin xəz paltarında parladı - FOTO/VİDEO
-
Səhiyyə06:16
Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlandı
-
MDB05:45
Rusiyada MÖCÜZƏ BAŞ VERDİ: 13-cü mərtəbədən yıxılan qız sağ qaldı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”